Quranda dua
  • Müəllif Haqqında - ADNAN OKTAR

    Hörmətli Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur və orta təhsilinin sonuna qədər Ankarada yaşamışdır. İslam əxlaqına olan bağlılığı məktəb illərindən çox gücləndi. Bu dövrdə böyük İslam alimlərinin demək olar ki, bütün əsərlərini oxuyaraq, İslam haqqında dərin məlumat əldə etdi. Yenə bu illərdə, İslam əxlaqını bütün insanlara izah etməyə və onları doğruya və yaxşılığa dəvət etməyə qərar verdi.

    1979-cu ildə, minlərlə şəxsin arasından üçüncülüklə qəbul olduğu Memar Sinan Universitetində təhsilinə davam etmək üçün İstanbula köçdü. Sənəti, Allahın üstün yaratmasının bir təcəllisi olaraq görən hörmətli Oktar, rəsm çəkməkdə uşaqlığından bəri qabiliyyətli idi və zaman-zaman çox gözəl və qəribə cədvəllər hazırlayırdı. Yoldaşlarına hədiyyə olaraq verdiyi bir çox cədvəli vardır. Bundan əlavə, Allahın sənətinin bir təcəllisi olaraq gördüyü heyvanlara, bitkilərə və çiçəklərə də xüsusi marağı olan hörmətli Adnan Oktarın, bağçaçılıq, iç arxitektura və dekorasiya maraqlandığı sahələr arasındadır.

    MEMAR SİNAN UNİVERSİTETİNDƏKİ İLLƏRİ

    Hörmətli Adnan Oktarın Memar Sinan Universitetində təhsil aldığı dövrdə universitet, müxtəlif qeyri-qanuni marksist-kommunist təşkilatların təsiri altında idi. Həm alimlər, həm fakültə işçiləri, həm də tələbələr arasında təcavüzkar ateist və materialist axınlar hakim idi. Hətta, müəllimlərin bir qismi, dərslərində mövzu ilə əlaqəsiz olmasına baxmayaraq, hər fürsətdə materialist fəlsəfə və darvinizmin təbliğatını aparırdılar.

    Hörmətli Adnan Oktar, dini və əxlaqi dəyərlərə hörmət edilmədiyi və demək olar ki, tamamilə rədd edildiyi, materialist dünyagörüşün və düşüncənin təsirindəki bu mühitdə ətrafındakı insanlara darvinizmin saxtakarlığını, Allahın varlığını və birliyini izah etməyə başladı. Universitetin yaxınlığındakı Molla Məscidində sərbəst şəkildə namaz qılan yeganə insan idi.

    Ətraflı Geri
  • Digər saytlar

  • Əlaqə

    Bizimlə əlaqə saxlammaq üçün xahiş edirik aşağıdakı "Əlaqə saxla" düyməsinə klik edib əlaqə formunu dolduraraq bizə göndərin.

     

    Əlaqə saxla

     

     

  • ÖN SÖZ

    Sizi yaratmış, bu dünyaya yerləşdirmiş, ağıl və bədən sahibi etmiş olan Allaha görəsən lazım olduğu qədər yaxınsınızmı? Ona ən son nə vaxt dua etdiniz? Allaha yalnız bəzi çətinlik və bəlalarla qarşılaşınca mı yalvarırsınız? Yoxsa Onu davamlı xatırlayırsınızmı? Dua etdiyinizdə Onun sizə çox yaxın olduğunu, sizin pıçıltıyla söylədiyiniz və ya içinizdən keçirdiyiniz hər sözü eşitdiyininin şüurundasınızmı? Onun bütün insanların və hər şeyin Yaradıcısı olduğunu, həyatdakı ən böyük dostunuzun və dayağınızın Allah olduğunu, hər şeyi əvvəlcə Rəbbimizdən diləməniz lazım olduğunu düşünürsünüzmü?

     

    Verdiyiniz cavab nə olursa olsun, bu kitabı oxumaq sizə böyük fayda verəcək. Çünki bu kitab, Allahın qullarına nə qədər yaxın olduğunu, onlardan necə bir dua istədiyini, nəyin həqiqətən Onun istədiyi kimi bir dua olduğunu izah etmək üçün yazılmışdır. Duanın əhəmiyyəti Quranda, "... Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi?" (Furqan Surəsi, 77) ayəsiylə xəbər verilir. Allaha dua etməkdə, Ona yaxınlaşmaqda bir sərhəd yoxdur. Bu səbəbdən, hər kəs bu yolu öyrənməklə və ya təkrar etməklə əbədi həyatına fayda verər. Dua, Allah ilə insanlar arasındakı bir əlaqə yoludur. Allah ilə əlaqə qurma ehtiyacı isə insanın fitrətində, yəni yaradılışında vardır. Möminlər üçün dua etmək, həyatlarının ayrılmaz və çox təbii bir parçası ikən, bir çoxları üçün dua ancaq böyük çətinliklər üz verincə, həyati təhlükələrlə qarşı-qarşıya qalınca xatırlanacaq bir ibadətdir. Əlbəttə ki, son söylədiyimiz dua formasını Allah məqbul qarşılamaya da bilər. Əsl xeyirli olan həm rahatlıqda, həm də çətinlikdə Allahdan kömək istəməkdir. Məhz bunun üçün də səmimi bir şəkildə Allaha dua edə bilmənin yolları Quranda ətraflı təsvir edilmişdir.

     

    Quranda bir çox ayədə birbaşa ya da bilavasitə olaraq dua mövzusu iştirak etməkdədir. Sadəcə bu belə dua mövzusuna verilməsi lazım olan əhəmiyyətin bir göstəricisidir. Digər tərəfdən, dua ilə əlaqədar ayələr oxunduqca da, bunun nə dərəcədə həyati bir ibadət olduğu daha asan aydın olur.

     

    Qurana görə dua

     

    "Çağırmaq, səslənmək, istəmək, kömək tələb etmək» mənalarına gələn dua sözü Qurana görə «insanın bütün mənliyi ilə Allaha üz tutması» və ya «gücü məhdud və sonlu bir varlıq olan insanın məhdudiyyətsiz və sonsuz qüdrət qarşısında acizliyini qəbul edərək kömək diləməsi "şəklində ifadə olunur. Allah inancı olan hər bir insanın müxtəlif formalarda dua etdiyi bir həqiqətdir. Ancaq insanların olduqca böyük bir qismi duanı təkcə çətinliyə düşəndə və sıxıntılı vaxtlarında, əllərindən gələn bütün ehtimallar yoxlanandan sonra Allahı xatırlamaq şəklində başa düşürlər. Bu insanlar üzərilərindəki çətinlik keçincə bir sonrakı darlıq və çətinlik anına qədər Allahı yaddan çıxarır və Ondan bir şey istəməyi ağıllarının ucundan belə keçirmirlər.

     

    İnsanların digər bir qisminin düşüncəsində də son dərəcə səhv bir dua anlayışı hökm sürməkdədir. Bu insanlar üçün dua, kiçik yaşlardan etibarən ailənin yaşlı fərdləri tərəfindən öyrədilən, bəzi anlaşılmaz sözlərdir. İnsanların bu cür dualarında Allahın mövcudluğu, birliyi, böyüklüyü, qüdrəti, insanları həmişə görüb-eşitdiyi, dualara cavab verəcəyi elə də nəzərə alınmır. (Allahı tənzih edirik) əvvəlcədən əzbərlənən dua qəlibləri təkrar edilir. Halbuki, kitabımızın da mövzusu olan Allahın Quran vasitəsilə bəndələrinə bildirdiyi dua çox fərqlidir. Qurana görə dua etmək Allaha çatmağın ən asan yoludur. İndi Allahın sifətlərini fikirləşək. O, insana şah damarından daha yaxın olan, hər şeyi bilən, eşidəndir ... İnsanın ürəyindən keçirtdiyi bircə fikir də Allahdan gizli qalmaz. O halda səmimi olaraq Allahdan nə isə istəmək üçün insanın təkcə fikirləşməsi də kifayət edir. Budur, Allaha çatmaq bu qədər asandır.

     

    İnsan qulluq şüurunda olduğu müddət ərzində Allah dərgahında dəyər qazana bilər. Buna görə insan Allaha üz tutmalı, səhvlərini Allaha etiraf etməli və təkcə Allahdan kömək istəməlidir. Bunun xaricində bir davranış tərzi Allaha qarşı təkəbbürlənməkdir ki, Quranda bunun cəzasının cəhənnəm əzabı olduğu bildirilir.

     

    Günümüzün cəmiyyətlərində diqqət çəkən bir həqiqət, digər bir çox ibadət kimi duanın da tərk edilmiş bir ənənə olaraq nəzərdən keçirilməsidir. Əslində, bu fikrin formalaşmasının arxasında «Allahdan müstəqil, öz-özünə işləyən bir dünya» ola biləcəyi təlqini dayanır. (Allahı tənzih edirik) İnsanların böyük bir əksəriyyəti istər-istəməz yaşayışlarının başlanğıcından sonuna kimi bütün hadisələrin özlərinin və ətraflarındakı insanların nəzarətində cərəyan edən hadisələr olduğunu düşünürlər. Buna görə də ölümlə burun-buruna gəlmədən, yaxud çox böyük bir fəlakətlə qarşılaşmadan Allaha dua etmək ehtiyacı hiss etmirlər. Halbuki, bu böyük bir yanılmadır. Bu yanlışlıqda elə bir səviyyəyə çatanlar olur ki, onlar duanı sanki keçmiş dövrlərdən günümüzə qədər gəlib çatmış bir sehrbazlıq taktikası olduğuna inanırlar. Halbuki, dua həyatın hər sahəsinə məxsus olan bir ibadətdir.

     

    Bütün insanlar duaya möhtacdır. Kasıb və çətin şəraitdə yaşayan bir adamın imkanlı bir şəxsə nisbətən duaya daha çox ehtiyacı olduğunu fikirləşmək, dua mövzusunu kökündən səhv başa düşməkdir. Maddi vəziyyəti yaxşı olan, həyatda bütün istədiklərini əldə etdiyini fikirləşən bir insanın duaya ehtiyacı olmadığını düşünmək son dərəcə səhvdir. Çünki bu vəziyyətdə dua etməyin yeganə səbəbinin dünyəvi arzuların həyata keçməsi olduğu anlaşıla bilər. Halbuki, möminlər həm dünya həyatları, həm də axirətləri üçün dua edirlər. Dua özü ilə birlikdə təvəkkülü də gətirir. Dua edən insan qarşısına çıxa biləcək çətin və ya asan hər cür vəziyyəti, bütün hadisələri kainatı Yaradanın və Hakimi olan Allahın təqdirinə həvalə edir. Bir problemi həll etmənin və ya qarşısını almanın bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha əsaslandığını bilmək, bütün işləri ona həvalə etmək və yalnız ona dua etmək, mömin üçün bir fərahlıq və güvən qaynağıdır.

     

     

    Geri
  • QURANDA DUA NECƏ İZAH EDİLİR?

    Ən son nə vaxt dua etdiyinizi düşündünüzmü? .. Bu suala müxtəlif cavablar verilə bilər, amma ortaq nöqtə hər kəsin bir şəkildə dua etdiyi olacaq. İnsanlar, əlbəttə, hər yerdə, hər mühitdə, istədikləri hər şey üçün Rəbbimiz olan Allaha dua edə bilərlər. Allah iman edənlərin hər mühitdə dua edə biləcəklərini, Özünü zikr edə biləcəklərinə aşağıdakı ayələrlə diqqət çəkmişdir:

     

    Onlar, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər. (Və deyərlər ki :) "Ey Rəbbimiz, Sən bunu boşuna yaratmadın. Sən çox Ucasan, bizi atəşin əzabından qoru." "Ey Rəbbimiz, şübhəsiz Sən atəşə atdığın şəxsi, artıq onu rüsvay edərsən zalımların köməkçiləri olmaz." "Ey Rəbbimiz, biz:" Rəbbinizə iman gətirin! "deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz, bizim günahlarımızı bağışla, təqsirlərimizdən keç və bizi də yaxşılıq edənlərlə birlikdə öldür." "Ey Rəbbimiz, elçilərinə vəd etdiklərini bizə ver, qiyamət günündə bizi rüsvay etmə. Həqiqətən, Sən vədindən üz çevirməzsən." Rəbbi onlara (dualarını qəbul edərək) cavab verdi: "Şübhəsiz ki, Mən, kişi olsun, qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram ..." (Ali İmran Surəsi, 191-195)

     

    Bununla yanaşı duanın, ən gözəl, ən məqbul şəkli vardır ki, Quranda bunlar təfsilatıyla izah edilmişdir.

     

     

    Geri
  • Dualar şəxsi deyil, bütün möminlər üçün olmalıdır

    Cahiliyyə cəmiyyətində insanlar mal, sərvət, övlad, yoldaş və əmin-amanlığın ən yaxşısının özlərində olmasını istəyərlər. Yaxın yoldaşlar olan kəslərin, hətta qohumların arasında belə qısqanclıqdan, həsəddən qaynaqlanan çəkişmələrin yaşandığına və insanların özlərinə rəqib olaraq görə biləcəkləri hər kəsə zərər verməyə çalışdığına şahid olmuşuq.

     

    Halbuki, Quranda təsvir edilən mömin modelini yaşayan insan həm dünya həyatındakı gözəllikləri, həm də axirətdəki nemətləri digər möminlərlə birlikdə yaşayar. Dünyada nemətlər məhdud olduğundan bunları onlarla paylaşması, bəzən də öz nəfsindən fədakarlıq edərək qardaşına ehsan etməsi vacib ola bilər. Necə ki, Quranda mömin xüsusiyyətləri deyilərkən bu xüsusiyyətə də ayrıca diqqət çəkilir. Bir ayədə belə buyurulur:

    "... Özləri ehtiyac içində olsalar belə (qardaşlarını) öz nəfslərindən üstün tuturlar. Kim nəfsinin 'xəsis və eqoist ehtiraslarından' qorunmuşsa, elə onlar nicat tapanlardır." (Həşr Surəsi, 9)

     

    Möminlərin bir-birlərinə olan bu bağlılıqları, bir-birlərinin yaxşılığı üçün sərf etdiyi işlərin əhəmiyyəti Quranın başqa ayələrində də təkrarlanır:

    "Mömin kişilər və mömin qadınlar bir-birinin dostlarıdır. Yaxşılığı əmr edər, pis işləri qadağa edər, namaz qılıb zəkat verər, Allaha və Onun Elçisinə itaət edərlər. Allahın özlərinə rəhmət edəcəyi bunlardır. Həqiqətən, Allah üstün və güclüdür, hökm və hikmət sahibidir. " (Tövbə Surəsi, 71)

     

    Möminlər arasındakı həmrəylik, əlbəttə ki, dualarına da əks olunmaqdadır. İlk öncə diqqət çəkilən Qurandakı möminlərin dualarında Allaha xitab edərkən əksəriyyətlə "mən" deyil, "biz" demələridir. Yəni dua edən bir mömin Allahdan istədiyi hər şeyi yalnız özü üçün deyil, bütün möminlər üçün istəyər. Əlbəttə ki, insan fərdi olaraq da Allaha dua edər. Hər cür neməti əldə edə bilmək üçün, səhvlərinin düzəlməsi üçün, qiyamət günü xor və alçaq qalmaması üçün, cəhənnəm əzabından qurtarmaq üçün Allahdan kömək istəyə bilər. Amma bununla yanaşı bir çox mövzuda da özü üçün istədiklərini digər möminlər üçün də istəməsi, Quranda nümunə olaraq göstərilən bir xüsusiyyətdir. Aşağıdakı bir neçə ayə bu mövzuda yol göstəricidir:

     

    "... Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma. Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır yük yükləmə. Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirlərə qələbə çalmaqda bizə kömək et! " (Bəqərə Surəsi, 286)

    "Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlbimizi sapdırma və Qatından bizə bir rəhmət bağışla. Həqiqətən, Sən Bəxşedənsən. Rəbbimiz, gərçəkləşəcəyinə şübhə edilməyən bir gündə insanları həqiqətən Sən yığacaqsan. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz." (Ali İmran Surəsi, 8-9)

    "Ey Rəbbimiz, biz nazil etdiyinə iman gətirdik və elçiyə tabe olduq. Beləcə bizi də şahidlərlə bir yerdə yaz." (Ali İmran Surəsi, 53)

     

    Geri
  • Duanın mövzusu yalnız dünyəvi nemətlər deyildir

    Dua edərkən dünya həyatımız üçün də nələrsə istəməliyik, yoxsa "dünyadan keçib" də yalnız axirət həyatına mı yönəlməliyik?

     

    Allah səmimi möminlər üçün hər ikisini də xeyirli görmüşdür. Əlbəttə ki, dünya həyatı sona çatacaq olan çox qısa bir həyatdır. Hər nemətin, adamı Allaha yaxınlaşdırma və şükrə vəsilə olma ehtimalı vardır. Bir nemətə baxılaraq cənnət təfəkkür edilə bilər, Allahın sifətləri xatırlana bilər, Allahın şanı ucaldıla bilər. Elə bu səbəbdən ötəri Allah möminlərə həm dünya həyatları, həm də axirət həyatları üçün dua etmələrini nəsihət edir. Yalnız dünya həyatının keçici bəzəyinə yönəlib axirəti unutmamaları üçün də onları xəbərdar edir. Ayələrdə belə buyurulur:

     

    "... İnsanların eləsi vardır ki:" Ey Rəbbimiz, bizə dünyada ver! "deyər; onun axirətdəheç bir payı yoxdur. Onlardan eləsi də vardır ki:" Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq (ver) və bizi odun əzabından qoru! " deyər. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah haqq-hesab çəkəndir. " (Bəqərə Surəsi, 200-202)

     

    İnsan öz dünyasına aid şeylər üçün istəkdə olur. Nə üçün yaşayırsa, onu ən çox nə maraqlandırırsa, nəyə daha çox vaxt xərcliyirsə duasını da onlar üçün edər. Allah üçün yaşayan bir insanın məqsədi Allahın özündən istədiklərini yerinə yetirməyə çalışmaqdır. Bu səbəblə, duası da o istiqamətdə olar.

     

    İnsanın dünyaya aid istəkləri reallaşa bilər. Amma bunlar az əvvəl ifadə etdiyimiz kimi, özü üçün düşündüyü kimi xeyirli olmaya bilər. Pul üçün istəkdə olur, amma sonra pul onun inkarçılığını artıran bir keçici zövq ola bilər. Çünki tam mənasıyla maddiyyatin ilah edildiyi bu mövzuda həmsöhbət olduğu və olacağı hər şey və hardasa hər kəs bütünlüklə dinin gərəkləriylə təzad təşkil edəcək.

     

    İstək, dünyəvi bir istəkdir və qarşılığını dünyada görəcək. Axirətdəki qarşılığı isə heç də ümid etdiyi kimi çıxmaya bilər. Budur, dünya həyatının cazibədar xüsusiyyətlərindən bəziləri bir ayədə belə sıralanır:

     

    "Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır." (Ali İmran surəsi / 14)

     

    Dünyada bu dünyəvi istək və ehtirasların reallaşmasının insana gətirdiyi müəyyən bəzi qazanclar əlbəttə var. Amma dünyadakı bu qazanclar axirət üçün bir itki ola bilər. Dünyəvi istəklərin axirət üçün də bir qazanc təmin edən istiqamətləri vardır. Buna ən gözəl nümunə peyğəmbərlərdədir.

     

    Bu mübarək insanlar dünya həyatının keçici ləzzəti olan qazancları yalnız Allahın razılığını qazanmaq üçün istəmişlər. Bunların ən başlıcaları maddiyyat, soyun davamı, cəmiyyətdə müəyyən bir status əldə etmək kimi mövzulardır.

     

    Peyğəmbərlərin istəkləri tamamilə Allahı məmnun etməyə istiqamətlidir. Heç bir peyğəmbər uşaq əldə etməyi, özündən sonra adını davam etdirmə imtiyazını əldə edə bilmək üçün istəməmişdir. Uşağı, yalnız özlərindən sonra iman edənlərə öndər olması üçün istəmişlər.

    Buna qarşılıq öz soyunun davamını dünyada lovğalanmağa görə istəyən bir adamın bu istəyi axirətdə özü üçün bir şər olar. Çünki ancaq öz ehtiras və üstünlük istəyini təmin etmək üçün belə bir istəkdə olmuş və bu istəyi onun Allahı xatırlamasına maneə törətmişdir. Allah bu istəyin qarşılığını dünyada verər amma axirətdə nəsibi olmaya bilər.

     

    Yalnız dünya nemətlərini istəyərək edilən dua bir mömin davranışı olmadığı kimi, Allaha qarşı böyük bir səmimiyyətsizlikdir. Möminlərin əsl hədəfləri cənnətdir. Dua edən insan əgər həqiqətən möminsə əsl yurdu olan cənnəti unudaraq bütün duasını müvəqqəti olan dünya həyatının nemətlərinə sıxlaşdırmamalıdır. Allahdan həm dünyada, həm axirətdə gözəllik istəməlidir.

     

    Geri
  • Dua edərkən səmimi olmaq çox əhəmiyyətlidir

    APARICI: Müəllimim, mən dua ilə əlaqədar bir şey soruşmaq istəyirəm. Sizcə duada məntiq olarmı? Bir nümunə vermək istəyirəm. Mən dua edərkən, "Allahım xeyirlisi nədir o olsun" deyirəm, bu əslində Allaha olan təslimiyyətimi göstərər. Amma başqa bir yoldaşım da "Xeyirlisi ilə olsun" deyər. Həm olsun, həm də xeyirli olsun mənim üçün. Burada səmimiyyəti zədələyici bir nöqtə vardırmı sizcə? Duada məntiq olarmı?

    ADNAN OKTAR: İçindən gəldiyi kimi söyləmək lazımdır. Məsələn, "Mənə sağlamlıq, səhhət ver" deyər. İnsan bunu birbaşa deyə bilər. Məsələn, "Məndən bu xəstəliyi apar" deyər, Allahdan istəyər. Amma getmirsə, Allaha giley edilməz. Onda xeyir vardır. Fərz edək, ağır xəstə, vəfat edəcək biri: "Ya Rəbbi, mənə uzun ömür ver" deyir. Ancaq ölsə cənnətə gedəcək, bəlkə bir az daha yaşasan küfrə girib cəhənnəmə gedəcəksən?. Cənabı Allah canını alır, birbaşa cənnətə gedirsən. Əlhəmdülillah. Dua edərkən qəlbən, səmimi olmaq çox əhəmiyyətlidir. Məsələn, Hz. Musa (ə.s) gəlir Fironun qarşısında ağacların altına, yaşıllığa uzanır. "Ya Rəbbi" deyir, "Verəcəyin hər xeyirə möhtacam" deyir, əslində fikrindən, ürəyindən bir şey keçir, amma xeyirlisi nədirsə o olsun deyir. Allah tam istədiyi kimi hadisələri inkişaf etdirir inşaAllah. Amma bəzən bir şey olmadan əvvəl Allah insana dua etdirər, onsuz da o olacaq . Ona ürəyində hiss etdirər, dua etdirər və hadisə olar. Mən, məsələn, lisey illərindəykən İslam əxlaqının dünyaya hakim olmamasını dəhşət verici bir hadisə olaraq gördüm. Küfr hakimiyyəti, massonluğun hakimiyyəti, Darvinizmin hakimiyyəti və müsəlmanların da bu dərəcədə əzilmiş olması mənə pis təsir edirdi. Məsələn, mən çox yaxşı xatırlayıram. O dövrdə lisey illərində İslamın dünyaya hakim olması üçün çox səmimi, ürəkdən dua edirdim. Sonra "Ya Rəbbi! Mənə çox rahat edə biləcəyim, dağıdıcı və çox təsir edici bir bilgi ver, bütün mövzuları həll etsin, mənə belə bir məlumat ver" deyə dua etdim. O dövrdə maddənin həqiqətinə fikir verdim, yəni maddənin beynimdə olduğunu, beynimdə meydana gəldiyinə fikir verdim. Yəni xaricdə maddə var, amma əsliylə deyil görüntüsüylə təmasda olduğumu fərq etdim. (ADNAN OKTARIN KANAL 35 VE KANAL Avropadakı CANLI REPORTAJI - 21 Fevral 2010)

     

    Geri
  • Duada tələskən davranmaqdan qaçınmaq

    İnsan fitrəti tələskən bir varlıqdır. Yaradılışındakı bu tələskənlik ön plana çıxdığı zamanlarda da, hərəkətlərinin nəticəsini düşünmədən davranır. Buna görə Quranda, "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi sizə göstərəcəyəm. Tələsməyin!" (Ənbiya Surəsi, 37) şəklində bildirilir. Bu tələskənlik ümumiyyətlə dünya nemətlərinin əldə edilməsi mövzusunda ön plana çıxar.

     

    İnsan cənnətə və Allahın nemətlərinə qarşı böyük bir istək duyar. Bu nemətlərin bənzərlərinin dünyada da yaradılmış olmasının səbəblərindən biri, cənnətin xüsusiyyətlərini bir az daha yaxşı qavranmasını, cənnətə duyulan istəyin artmasını təmin etməkdir. Halbuki, insan həm bu nemətlərə duyduğu istəkdən, həm də tələskən, hövsələsiz olduğundan ötəri nəfsinin arzu etdiklərinin dərhal reallaşmasını istər. İnsanın bu tələskənliyi zaman-zaman dualarına da əks oluna bilər. Dua etdiyi zaman dərhal duasına qarşılıq verilməsini istəyir. Duasına qarşılıq alması bir az gecikirsə "dua da edirəm, ancaq qəbul edilmir" şəklində çox səhv bir məzəmmət edə bilər. Səbirsizlik, zamanla ümidsizliyə, hətta duanın tərk edilməsinə qədər gedər.

     

    Halbuki, mömin bilir ki, özü üçün nəyin xeyirli olduğunu ən yaxşı bilən Allahdır. "... Olar ki xoşunuza getməyən bir şey sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün bir şərdir. Allah bilir, siz bilməzsiniz" (Bəqərə Surəsi, 216) ayəsi insana bunu xəbər verir. Bu səbəblə, insan Allahdan bir şeyi istədiyində təqdiri Ona buraxmalı, Ondan hər şərtdə razı olmuş bir şəkildə səbirlə gözləməlidir. Bəlkə dua edərək tələb etdiyi şey özünə bir fayda verməyəcək, o səbəblə Allah bunu özünə vermir. Bəlkə də o xeyirə çatması üçün müəyyən bir yetkinliyə qovuşması, bunun üçün də bir müddət öyrədilməsi lazımdır. Bəlkə Allah özünə daha da xeyirli bir başqa nemət verəcək, amma səbrini və sədaqətini sınayır. Bütün bunlar dua edən insanın, duasında səbirli və qərarlı olması, Allahın rəhmətindən əsla ümid kəsməməsi lazım olduğunu göstərir. Necə ki, Quranda, duada səbirli olmağa xüsusilə diqqət çəkilir:

     

    "Səbir və namazla kömək diləyin. Bu şübhəsiz, huşu duyanların xaricindəkilər üçün ağır bir yükdür." (Bəqərə Surəsi, 45)

     

    Quranda dua edərkən qərarlı olmaq tövsiyə edilmişdir. Dua bir ibadətdir və duada səbirli olmaq dua etmək baxımından əhəmiyyətlidir. Səbirlə dua etmək duada edilən istəklərə olan ehtiyacın, bu mövzudakı çətinliyin, daha əhəmiyyətlisi Allaha olan yaxınlığın artdığının göstəricisidir. Duada səbir göstərmək mömini yetkinləşdirər, ona güclü bir iradə və xarakter qazandırar. Duada səbir göstərən mömin, duasının qarşılığını, istədiyi şeylərin çoxundan daha qiymətli olan, dərin bir mənəvi hal qazanaraq alır.

     

    Peyğəmbərlərin çoxu Allaha olan tələblərini bəzən illər boyu heç dayanmadan duayla ifadə etmişlər, Allah isə onlara istədiklərini bəzən illər sonra vermişdir. Hz. Yaqub (ə.s)-ın oğlu Hz. Yusuf (ə.s)-a qovuşması, Hz. Yusuf (ə.s)-ın illər boyu qaldığı zindandan xilas olaraq güc və iqtidar sahibi olması, Hz. Əyyubun şeytanın özünə etdiyi əzabdan xilas olması, bunların hamısı böyük səbir nümunələridir.

     

    Allah bu saleh qullarının dualarının qarşılığını müəyyən bir müddət dayandıraraq onlara xeyir diləmiş, onları bu sayədə yetkinləşdirmiş, öyrətmiş, sədaqət və ixlaslarını gücləndirmiş, onları cənnətdə yüksək mövqelərə layiq qullar halına gətirmişdir.

     

    Bu səbəblə, etdiyi bir duanın qarşılığını görmək üçün tələskən davranmaq əsla və əsla bir möminə yaraşmaz. Möminin yeganə vəzifəsi Rəbbimizə qul olması və Onun özü üçün təyin etdiyi qədərə razılıq göstərməsidir. Bunun üçün saleh bir mömin duasını bu qulluq vəzifəsinin bir hissəsi kimi etməlidir.

     

    Geri
  • Duada qəlibləşmiş ifadələrdən qaçınmaq

    Dua deyildikdə ağıla insanın Allahı zikr etməsi, Allaha qüsurlarını etiraf etməsi, özünün və möminlərin ehtiyaclarını eşitdirməsi gəlir. Bunun üçün isə duada Allaha qarşı səmimi bir üslubun yaşanması lazımdır.

     

    Duada şablon və qəlibləşmiş ifadələrin tez-tez təkrarlanmasının tək səbəbi duanın səmimi bir ibadətdən çıxıb bir növ vərdiş və ya ənənə halına gəlmiş olmasıdır. Allahın əzəmətini hiss edən, Onun əzabından qorxan və razılığını qazanmağı istəyən insan, ürəyindən gələn səmimi və dürüst ifadələrlə Ona yönələr. Eyni şəkildə özünü Allaha təslim etmiş, dost və yardımçı kimi Onu mənimsəmiş olan insan, hər cür çətinliyini və dərdini Ona açar. "... Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm ..." (Yusuf Surəsi, 86) deyən Hz. Yaqub (ə.s) kimi ruhundakı bütün çətinliklərini və tələblərini Ona söyləyir, hər cür kömək və xeyiri Ondan diləyir.

     

    Dua edən insan bu cür bir səmimiyyət içərisində deyilsə və duanı yalnız yerinə yetirilməsi lazım olan bir rəsmiyyət və ya razılıq edilib edilməyəcəyi müəyyən olmayan bir tilsim olaraq görürsə, təbii olaraq qəlibləşmiş ifadələr işlədir. Nə demək olduğunu heç anlamadığı və ya üzərində heç düşünmədiyi bəzi bəzəkli cümlələri sıralayaraq özünə görə bir dua edəcək. Bunun Quranda təsvir edilən dua olmadığı isə çox açıqdır.

    Halbuki, dua insanın Allah ilə səmimi bir bağlantısıdır. Hər insanın içində olduğu problemlər, istəkləri, arzuları, ruh halı bir-birindən çox fərqlidir. Dua əsnasında əhəmiyyətli olan sözlər deyil, qulun o ankı ruh halıdır.

     

    Quranda nümunə olaraq göstərilən dualar, peyğəmbərlər və möminlərin ruh hallarını əks etdirən çox səmimi və qəlbən Allaha yönəlmələridir.

     

    Geri
  • Allahın sifətlərini xatırlayaraq dua etmək

    Allahın adları, bizə Onun xüsusiyyətlərini tanıdır. Məsələn, Allah Rəhmandır, yəni rəhm edəndir; Rəbbdir, yəni öyrədən və yol göstərəndir; Hakimdir, yəni hökm verən, hər şeyə hakim olandır; Rəzzaqdır, yəni ruzi verəndir ... Bu adlar Allahı tanıtdığı üçün, insan bunlarla Rəbbimizə səslənərək Onun böyüklüyünü, yaxınlığını, gücünü və rəhmətini daha yaxşı qavrayar. Allahdan ruzi istəyən bir adamın Onun Rəzzaq adını xatırlayaraq dua etməsi, əlbəttə ki, duasının mənasına uyğun olacaqdır. Necə ki, Quranda da, Allaha Onun fərqli adları ilə dua edilə biləcəyi xəbər verilir:

     

    "De ki:" Allah, deyə çağırın, 'Rəhman' deyə çağırın, nə ilə çağırsanız; sonunda ən gözəl adlar Onundur. "Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt, bu ikisi arasında (orta) bir yol tut." (İsra Surəsi, 110)

    "Adların ən gözəli Allahındır. Elə isə Ona bunlarla dua edin. Onun adları barəsində haqdan (və inkara) azanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar." (Əraf surəsi, 180)

     

    Allahın sifətlərini bilən insan səhvlərini Allahdan gizləməyə çalışmaz. Çünki gizləsə də, üzə çıxarsa da Allahın hər şeyi bildiyinin fərqində olur. Səhvlərini gizləməyin özünə zərərdən başqa bir şey qazandırmayacağını bilən mömin hər cürə əksiklik və səhvlərindən ötəri Allahdan bağışlanma diləyər. Necə ki, Hz. İbrahim (ə.s)-ın bir duası bu şəkildə başlayır:

     

    "Ey Rəbbimiz, şübhəsiz Sən, bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz." (İbrahim Surəsi, 38)

     

    Mömin, istəkləri nə qədər böyük olsa da hər şeyin Allahın idarəsində olduğunu, Allah istəsə ən qeyri-mümkün kimi görünən bir şeyin Onun "Ol" deməsi ilə reallaşacağının fərqindədir. Buna görə də, Allahın nemətlərinə çatmaq üçün heç bir şeyi keçilməz bir əngəl olaraq görməz. Əksinə, hər cür çətinliyi və maneəni duası ilə keçər.

     

    Duanın, istək və ehtiyaclarımızı Allaha eşitdirməkdən başqa, Allahı xatırlamağın və ucaltmağın bir yolu olduğunu söyləmişdik. Quranda xüsusilə peyğəmbər dualarında Rəbbimiz sifətləri ilə birlikdə ucaldılır. Aşağıdakı bir neçə nümunə bunu görmək üçün kifayətdir:

     

    "(Süleyman) Rəbbim, məni bağışla və məndən sonra heç kimə nəsib olmayan bir mülkü mənə hədiyyə et. Həqiqətən, Sən Bəxşedənsən. (Sad surəsi, 35)

    "Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlbimizi sapdırma və Qatından bizə bir rəhmət bağışla. Həqiqətən, Sən Bəxşedənsən." (Ali İmran Surəsi, 8)

    (Musa) dedi: "Ey Rəbbim, məni və qardaşımı bağışla, bizi Öz mərhəmətinə qovuşdur. Sən rəhm edənlərin ən rəhmlisisən!". (Əraf Surəsi, 151)

    "Zəkəriyya Rəbbinə dua edərək dedi:" Ey Rəbbim mənə Öz dərgahından pak bir övlad bəxş et. Həqiqətən Sən duaları eşidənsən 'dedi. " (Ali İmran Surəsi, 38)

     

    Geri
  • Qorxu ilə ümid arasında dua

    Quranda Allahın "... mərhəmətlilərin ən mərhəmətlisi ..." (Ənbiya Surəsi, 83) olduğu ifadə edilir. Yenə də Quranda səhv edənin Allahdan bağışlanma diləməsi vəziyyətində heç bir günah ayrı-seçkiliyi edilmədən bağışlanacağı deyilir. (Nisa Surəsi, 110) Bu səbəblə insanların dualarında Allahın "əsirgəyən və bağışlayan" sifətlərini düşünmələri, ümid içində dua etmələri lazımdır. İnsanın etdiyi səhv və buna görə duyduğu vicdan əzabı nə qədər böyük olsa da, Allahın bağışlayıcılığına ümid kəsməsi səbəb deyil. Bununla paralel olaraq insanın səhv etməkdən və günah işləməkdən ötəri içinə girdiyi ruh halı, onun ümid içində dua etməsinə mane olmamalıdır. Çünki Quranda yalnız kafirlərin Allahın rəhmətindən ümid kəsəcəyi deyilir:

     

    "... Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki kafirlər birliyindən başqası Allahın rəhmətindən ümidini kəsməz." (Yusuf surəsi, 87)

     

    Digər tərəfdən kimsənin mütləq cənnətə layiq olma kimi bir zəmanəti yoxdur. Necə ki, Allah Quranda "Şübhəsiz ki, Rəbbinin əzabından əmin oluna bilməz" (Məaric Surəsi, 28) ayəsiylə bu həqiqətə qarşı insanları xəbərdar etmişdir. Bu səbəblə də hər kəs Allahdan gücünün çatdığı qədər qorxmaq məcburiyyətindədir. Elə isə imtahan üçün dünyada olan insanın hər zaman üçün azması, dəlalətə düşməsi, şeytanın oyununa gəlib Allahın yolundan dönməsi ehtimal oluna bilər. Bu mövzuda heç kimin bir zəmanəti yoxdur. Bu səbəblə, insan duasında bir tərəfdən Allahın rəhmətini ümid edərkən, bir tərəfdən də Onun razılığını itirməkdən qorxmalıdır.

     

    Necə ki, həqiqi bir mömini başqa insanlardan ayıran ən əhəmiyyətli xüsusiyyətlərdən biri Allah qorxusudur. Çünki inanmayan bir insana görə cəhənnəmin varlığı məchuldur. Mömin isə cəhənnəm təhlükəsinin fərqindədir. Axirət gününə şübhəsiz inandığı üçün ən böyük qorxunu yaşayır. Yalnız inanan və Allaha qarşı təkəbbürlükdən qaçan adam bu qorxu ilə hərəkət edər. Əzabın həqiqətindən və şiddətindən əmindir. Bu əzabla qarşılaşmamaq üçün dünya həyatında risk sayılan heç bir şeyə yaxınlaşmaz. Axirətdəki o çətin əzabdan uzaqlaşmağı və sonsuz gözəlliklə qarşılanacağı cənnətə layiq olmağı istəyər. Möminin axirət əzabından qorxusu duasında da əks olunur.

     

    Elə buna görə, Quranda qorxu və ümid anlayışları birlikdə istifadə edilmişdir. Əgər insan duasında cəhənnəm qorxusunu hiss etmirsə, bunun təməlində Allah qorxusunun əksikliyi yatmaqdadır və ortada mütləq bir təfəkkür, yəni düşünüb anlama əksikliyi vardır. İnsan cənnəti qazanmaq üçün nə qədər istəkli bir şəkildə dua edirsə, cəhənnəmdən xilas olmaq üçün də o qədər istəkli bir şəkildə dua etməlidir. Yəni cəhənnəmdən qorxub, cənnətə qovuşmağı ümid etməlidir. Bu ruh halını ifadə edən ayələrdən ikisi belədir:

     

    "Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır! (Əraf Surəsi, 56)

    "Onların yanları (gecə namazına qalxmaq üçün) yataqlarından qalxar. Rəbbinə qorxu və ümidlə dua edər və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər." (Səcdə Surəsi, 16)

     

    Göründüyü kimi qorxu və ümid, Quranda nəzərdə tutulan duanı meydana gətirən iki təməl hissdir. Quran diqqətlə araşdırıldığında onsuz da bütün ibadətlərdə və həyatın hər anında bu iki hissin həyati əhəmiyyət daşıdığı asanlıqla fərq edilə bilər.

     

    Unudulmamalıdır ki, dua Allaha qarşı həm böyük bir vəzifə, həm də bizim əbədi həyatımızı qurtaracaq bir vəsilədir. Çünki Quranda Allaha dua etməyənlərin sonunun əbədi cəhənnəm əzabı olduğu xəbər verilir.

     

    "Rəbbiniz dedi ki:" Mənə dua edin sizə razılıq edim. Həqiqətən, Mənə ibadət etməkdən böyüklənənlər, cəhənnəmə boyun bükmüş kəslər olaraq girəcəklər. "(Mömin Surəsi, 60)

     

    Geri
  • Allaha səmimi münasibətlə dua etmək

    ADNAN OKTAR: ... Dua edərkən ən çox Allahla səmimi olaraq dua edilməsi lazımdır, yəni Allaha səmimi iman edilməsi, Allahdan qəlbən, səmimi olaraq qorxulması, Allahın şanını və qədrini, böyüklüyünü, gücünü səmimi olaraq bilməyi ürəyimizə həkk etməsi üçün Allaha dua edəcəyik. Yəni Allah qəlbən,ürəkdən sevilər, şəxs Allahı ürəkdən, qəlbən anlaya bilsə, Allahın varlığında ərisə, yəni Allaha özünü tam təslim etsə mükəmməl bir güc qazanmış olar. Ondan sonra hər şey çox asandır. Hər şeyin başı Allah qorxusu, Allah sevgisidir, Allaha dərin imandır. İndi "bir yaradan var" demək ayrıdır, bir də insanların bilməyəcəyi dərin bir əlaqəylə beynin gücünün üst sərhədlərində Allahla əlaqəyə keçmək vardır. Ən məqbul olan budur, ürəkdən istənilsə Allah bunu nəsib edər. Allaha qarşı uzaq olana da, Allah mənən uzaq olar. Allaha çox yaxın olana da, Allah mənən yaxın olar. Məsələn, mən hal-hazırda danışıram, məni danışdıran Allahdır. İnsan, mən özümdən danışıram deyə bilməz. Məsələn, ağlıma bir mövzu gəlməsi, bir bənzətməni də Allah etdirər. Hər sözü, hər şeyi Allah etdirər. Müsəlman üçün hər şeyi Allaha aid olaraq görmək çox əhəmiyyətlidir. Yəni "mən etdim ' demək, düşünmək Allahın bəyənməyəcəyi bir davranışdır. Bunun xaricində mömin"yaxşı olum, gözəl olum, doğru olum, sağlam olum" deyə dua edə bilər, amma bu mövzu həll olmadıqdan sonra ... yəni ən əhəmiyyətli mövzu budur. Əvvəl bunun həll olması lazımdır. Onun üçün dərin imanlı insanlar bir az əhəmiyyətsiz bir şeymiş kimi görürlər. Hər hansı bir imanla yaxud orta bir imanla davam etmək istəyirlər. Halbuki, Allahdan olduqca çox dərin iman istəmək lazımdır. Bunun üçün gecə-gündüz yalvarmaq lazım, çünki insan beyninin mükəmməl bir aydınlaşma gücü vardır. Böyük anlayış gücü vardır. İnsanların tələskənliyi, bir də köhnə vərdişləri, uşaqlığından qalan iman anlayışından ötəri uşaqlığındakı kimi qalmaq istəyər. Bu bir iman zəifliyidir. Orada insan özünə çox əsəbləşəcək elə deyilmi? Buğz edəcək və onu mütləq yıxmağa çalışacaq. Məsələn, bir şey qarşısında üzülürsə, qorxursa müəyyən ki, bir iman zəifliyi vardır. Çünki insan əgər iman sahibidirsə normalda nə kədərlənməlidir, nə də qorxmalıdır. Demək ki, o zaman ruhunu boş buraxacaq və güclü bir imanla iman etdiyində həm təvəkkülü olar və rahatlayar, həm gərəksiz kədərlənmədən xilas olar, əsəbləşmələri aradan qalxar. Əsəbləşməmək, kədərlənməmək, qorxmamaq, həsəd etməmək, o insanın imanının güclənməsi deməkdir, elə deyilmi? Bunlar imanın ölçüsüdür. Bunların meydana gəlməsi vəziyyətində insan deməlidir ki : "Allaha çox şükür demək ki, imanım inşaAllah güclənir". (Hörmətli Adnan Oktarın Kanal 35 və TV Kayseri Reportajı - 22 Noyabr 2009)

     

    Geri
  • Allahın varlığını hiss edərək dua

    Duanın ən əhəmiyyətli ünsürlərindən biri Allaha olan qəti imandır. İnsan çarəsiz qaldığı vəziyyətlərdə Allahın varlığını və özünə yalnız Onun kömək edəcəyini şübhəsiz bilir. Ancaq insanın rahat zamanlarında da Allahın varlığını və gücünün böyüklüyünü hiss edərək dua etməsi lazımdır. Əslində insan yalnız dua əsnasında deyil, gündəlik həyatının hər anında bu şüurda olmalıdır.

     

    Hər an Allahın varlığını və yaxınlığını hiss edərək dua etməlidir. Çünki ancaq Allahın varlığının fərqində olan insan duanın mənasını və əhəmiyyətini qavrayar. Duanın xüsusiyyəti, Allah ilə qulu arasında xüsusi və isti bir əlaqə qurmasıdır. İnsan bütün çətinliklərini və istəklərini Allaha açar, Ona yalvarar və Allah qulunun istəyinə razılıq edər, duasını qarşılıqsız buraxmaz.

     

    Daha əvvəl də ifadə etdiyimiz kimi, Quranda dua heç bir şəkli qəlibə salınmaz. "Allahı ayaq üstə, oturarkən və yan yatarkən zikr edin" (Nisa Surəsi, 103) ayəsi, insanın hər vəziyyətdə və hər şərtdə Allahı xatırlayıb Ona dua edə biləcəyini göstərər. Əhəmiyyətli olan şəkil deyil, dua edən adamın səmimiyyət və təslimiyyətidir.

     

    Bunun əksinə olan bir anlayış isə, duanı həqiqi mənasından çıxarar və bir növ cadu və ya tilsim kimi görülməsinə gətirib çıxarar. Bəzi cahil insanların öz-özlərinə çıxardıqları ağaclara parça bağlama, suya üfləmə kimi batil inanclar bunun bir göstəricisidir. Diqqət yetirilsə, bu cür tətbiqlərin təməl xüsusiyyəti, bunları tətbiq edən kəslərin Quranın məntiqindən uzaq olmalarıdır. Birbaşa Allaha yönəlib istəklərini Ondan istəməkdənsə, bəzi batil mərasim və ya simvollar yaratmaqda, duanı da bunlar vasitəsilə edirlər. Kimə dua etdiklərinin, kimə yalvardıqlarının isə çox fərqində deyildirlər. Dua üçün istifadə etdikləri cisimlərdə bir növ "kəramət" olduğunu zənn edirlər, amma soruşulsa bunun nə demək olduğunu təsvir edə bilməzlər. Türbə ziyarətləri ilə məqsədlərini azaraq bu türbələrdə yatan insanlara dua edənlər, onlardan mədət umanlar da eyni batil və pozğun inanca sahibdirlər, mömin isə "Rəbbinin adını zikr et və hər şeyi buraxıb Ona tərəf yönəl" (Müzəmmil surəsi, 8) əmrinə əməl edər, bütün bu batil inanclardan uzaq olaraq yalnız və yalnız Allaha yönələr, Onun hüzurunda boyun əyər və Rəbbimizə yalvarar .

     

    Geri
  • Yüksək olmayan bir səslə, tək başına, için-için dua

    Çox çarəsiz və çətinlik içərisində qaldığınız, Allaha dua etmək ehtiyacı hiss etdiyiniz bir anda dua etmək üçün necə bir mühiti seçim etdiyinizi xatırlayırsınızmı? Heç şübhəsiz gecə yastığa başınızı qoyduğunuzda yaxud çox səssiz və gurultusuz, Allahla baş-başa ola biləcəyinizi hiss etdiyiniz bir mühitdə dua etməyi üstün tutmusunuz.

     

    İbadətlər əsnasında mənəvi sıxlıq ən çox tək başına, kimsənin bilmədiyi zamanlarda, tam bir konsentrasiyasının yarana bildiyi sırada yaşanar. Ehtiyacları, səhvlər və yaxud əksiklikləri mövzusunda Allaha dua etmə ehtiyacı olan insan, tək başına və için-için dua etməyi seçər. Buna gözəl bir nümunə də Hz. Zəkəriyya (ə.s)-ın duasıdır. Quranda, onun Allahdan nəslini davam etdirəcək bir varis istəyərkən gizlicə dua etdiyinə işarə edilir:

     

    Bir zaman o, Rəbbinə gizlicə dua edib yalvardığı zaman belə demişdi: "Ey Rəbbim, artıq sümüklərim zəifləmiş, başımda ağappaq ağarmışdır. Ey Rəbbim sənə dua etməklə heç vaxt naümid olmamışam." (Məryəm Surəsi, 3-4)

     

    Duanın tərifi üçün "gücü məhdud və sonlu bir varlığın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini ortaya qoyaraq kömək diləməsidir" demişdik. Buna görə dua, həqiqətən Allaha qarşı acizlik və yoxsulluq hiss edilərək edilməlidir. Lakin, əlbəttə ki, bu bəzi süni hərəkətlərlə, qəlibçi və təqlidçi düşüncə quruluşuyla edilə bilməz. Onsuz da həqiqi mənada səmimi olan, acizliyini hiss edən insan təbii olaraq bunu yaşayacaq. Quranda, möminlərə bu şəkildə dua etmələri tövsiyə edilir:

     

    Rəbbinizə yalvara-yalvara və için-için dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz. (Əraf Surəsi, 55)

    Rəbbini səhər axşam, yüksək olmayan bir səslə, öz-özünə, ürpərtiylə, yalvara-yalvara və için-için zikr et. Qafillərdən olma. Həqiqətən, sənin Rəbbinin yanında olanlar Ona ibadət etməyi özlərinə ar bilməzlər ... "(Əraf surəsi, 205-206)

     

    Quranda, duanın tək olan zaman, yalvararaq və için-için edilməsinə diqqət çəkilir. Bu səbəbdən, duanın harada edildiyi, dua əsnasında təşkil edilən "mərasim" in böyüklüyü, iştirakın çox olması və dua edən şəxsin səsinin çox çıxması ölçü deyil.

    Əvvəlcə bilinməlidir ki, duadakı yüksək səs tonları duanın Allaha çatmasını və ya Allahın duaya razılığını asanlaşdırmaz. Dua etdiyimiz Rəbbimiz, içimizdən keçirdiyimiz düşüncələri bilən, hər şeydən xəbərdar olan və bizə şah damarımızdan daha yaxın olandır. (Qaf Surəsi, 16) Bizə bu qədər yaxın olan Allaha dua edərkən səsimizi gərəksiz yerə yüksəltməmizin bir mənası yoxdur. Adam içindən dua edə biləcəyi kimi, ancaq özünün eşidə biləcəyi bir tonla da dua edə bilər. Quranda istər ibadət əsnasında, istərsə də həyatın hər anında səs tonunun uyğun tutulması lazım olduğu insanlara aşağıdakı ayələrdə belə bildirilir:

     

    Yerişində orta bir yol tut, səsindən də (yüksək pərdələri) əksilt. Çünki, ən çirkin səs uzunqulaq səsidir. (Loğman Surəsi, 19)

    De ki: "Allah, deyə çağırın, 'Rəhman' deyə çağırın, nə ilə çağırsanız; sonunda ən gözəl adlar Onundur." Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt, bu ikisi arasında (orta) bir yol tut. (İsra Surəsi, 110)

     

    Görüldüyü kimi Quranda təsvir edilən ibadət şəkli nümayişdən uzaqdır. Başqaları görsün və ya eşitsin deyə edilməz, yalnız Allaha qarşı olan vəzifənin layiqincə yerinə yetirilməsi məqsədini daşıyar. Quranda bunun üzərində əhəmiyyətlə dayanılır. Dua ilə əlaqədar ayələrdə dəfələrlə "dini Allaha məxsus edərək dua etmək" dən bəhs edilir. Bunun mənası, dinin, yəni ibadətin yalnız Allah üçün edilməsi, Ondan başqalarının razılığının qətiliklə axtarılmamasıdır. Ayələrdə belə buyurulmaqdadır:

     

    Əbədi (həmişə diri) olan ancaq Odur. Ondan başqa heç bir tanrı yoxdur. (Allaha) dini yalnız Ona məxsus edərək (heç bir şərik qoşmadan) ibadət edin! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!. (Mömin Surəsi, 65)

    Elə isə, dini yalnız Ona məxsus edərək, Allaha dua (ibadət) edin; kafirlərin xoşuna gəlməsə də. (Mömin Surəsi, 14)

    De ki: "Rəbbim ədalətli olmağı əmr etdi. Hər məscid yanında (səcdə yerində) üzünüzü (Ona) tutun və dini yalnız Ona məxsus edərək Ona dua edin." Başlanğıcda sizi yaratdığı "kimi dönəcəksiniz." (Əraf Surəsi, 29)

     

    Din yalnız Allahındır. İbadətlərin hamısı yalnız Onun razılığını qazanmaq məqsədiylə edilər. Bunun yeganə yolu da Onun istədiyi və təsvir etdiyi kimi etməkdir. Duasını, ya da 5 vaxt namaz, oruc, zəkat kimi başqa hər hansı bir ibadətini Allaha məxsus edənlər, yəni ətraflarındakı insanlara "təqva" görünmək narahatlığında olanlar böyük bir dəlalət içindədirlər. Allah Quranda onlardan belə bəhs edir:

     

    Namaz qılanların vay halına, Ki, onlar namazlarında səhlənkardırlar, Onlar göstəriş etməkdədirlər, (Maun surəsi, 4-6)

     

    Geri
  • DUANIN YERİ VƏ ZAMANI

    Allahın Quranda təsvir etdiyi dua edən adam Allahın özünü gördüyünü, eşitdiyini qavramış, Ona hörmət və qorxuyla boyun əymiş və Onun qarşısında qulluğunu açıq şəkildə qəbul etmişdir.

     

    Qurana baxıldığında duanın müəyyən bir zamanı olmadığı görülər. İnsanı dua etməyə yönəldən hər cür istək, bu ibadətin vaxtının gəldiyinin göstəricisidir. İnsanın istək və ehtiyacları davamlı olduğu üçün duası da davamlı olmalıdır. Yəni duanın müəyyən bir vaxtı, saatı yoxdur.

     

    Ancaq Quranda dua edərkən konsentrasiyasının daha asan təmin ediləcəyi, gündəlik məşğuliyyətlər xaricində qalan saatlara, yəni gecə və səhər namazı vaxtına diqqət çəkilməkdədir. Bir ayədə möminlər "... səhər vaxtlarında bağışlanma diləyənlər" (Ali İmran Surəsi, 17) olaraq təsvir edilməkdə və bu səbəbdən günün bu ən erkən saatının əhəmiyyəti vurğulanmaqdadır. Başqa ayələrdə isə gecə vaxtının, hərəkətli olan gündüzə görə düşünmə, oxuma və duaya daha əlverişli olduğu belə bildirilməkdədir:

     

    "Doğrusu gecə sevinci (gecə ibadəti, insanın iç dünyasında oyandırdığı) təsir baxımından daha qüvvətli, oxumaq daha münasibdir. Çünki gündüz sənin üçün uzun uzadı davam edən işlərin vardır. Rəbbinin adını zikr et və hər şeydən özünü Ona tərəf yönəlt." (Müzəmmil surəsi, 6-8)

     

    Dua üçün müəyyən bir zaman sərhədi olmamasına baxmayaraq, Quranın səhər vaxtına və gecəyə diqqət çəkməsinin böyük hikmətləri vardır. Allah ilə yaxın bir əlaqə quraraq səmimi bir dua ilə günə başlayan möminin gün ərzində Allahın razılığını unutması və ya sərhədlərini gözardı etməsi ehtimalı çox azalar. Günə dua ilə başlayan insan, gün boyunca Allahın özünü izlədiyi şüuru ilə hərəkət edir.

     

    Quranda nəsihət edilmiş olan gecə duası da gün ərzində dünyəvi çətinliklərlə vaxt keçirən insanın öz-özünə bir vicdan mühasibliyi etməsinə vəsilə olar. İnsanın gün ərzində başına gələn və zahirən mənfi kimi gördüyü hadisələri daha hikmətli, təvəkküllü və şüurlu bir şəkildə qiymətləndirməsini təmin edər.

     

    İnsanın gecə saatlarında dua üçün vaxt ayırması, gün ərzində edilən səhvlərin gözdən keçirilməsinə və bu səhvlərdən ötəri tövbə edilməsinə, bağışlanma diləməsinə və gündəlik məşğuliyyətləri insan ruhunda yaratdığı mənfiliklərin qarşısının alınmasına bir vəsilədir.

     

    Dua üçün müəyyən bir məkan da yoxdur. İnsan bazarda, küçədə, avtomobilinin içində, məktəbdə, iş yerində, qısacası hər yerdə dua edə bilər. Dəyişik məkanlarda olmanın hər hansı bir əhəmiyyəti yoxdur. Ancaq əhəmiyyətli olan insanın harada olursa olsun, Allahın özünə şah damarından daha yaxın olduğunu unutmamasıdır. Quranda peyğəmbərlərin hər an və hər yerdə dua etdikləri xəbər verilir. Bir ayədə belə buyurulur:

     

    " Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi:" Ey Rəbbim, Sənin mənə nazil edəcəyin xeyirə möhtacam. "(Qəsəs Surəsi, 24)

     

    Geri
  • DUANIN QƏBUL EDİLƏCƏYİNDƏN ƏMİN OLARAQ DUA ETMƏK

    İnsanın həyatı boyunca almış olduğu təlqinlər zamanla həyatın axışı içərisindəki inanılmaz möcüzələri gözardı etməsinə səbəb olar. Buna görə bir çox insan, dünyadakı hadisələrin məqsədsiz və təsadüfi bir şəkildə baş verdiyini zaman keçdikcə özünə inandırar. Əslində, Allahın varlığına inanmır. Dünyanın Allahdan müstəqil olaraq işlədiyini, Onun hadisələrin axışına heç bir müdaxiləsinin olmadığını, yaxud "möcüzələr" vasitəsilə min ildən bir müdaxilə etdiyini düşünər.

     

    Allahı lazım olduğu kimi təqdir edə bilməyən bu insan təbii olaraq Allahın dualara cavab verən sifətini də qavraya bilməz. Dua etsə belə Allahın duasına cavab verəcəyindən şübhə içindədir.

     

    Halbuki, mömin dua etdiyi zaman Allahın özünü eşitdiyini və duasına hər nə şəkildə olursa olsun cavab verəcəyini bilir. Çünki hadisələrin məqsədsiz və təsadüfi bir şəkildə deyil, Allahın təyin etdiyi qədərə (tale) görə irəlilədiyinin, Onun dilədiyi şəkildə getdiyinin fərqindədir. Bu səbəblə, duasına qarşılıq görməmək kimi bir şübhəsi yoxdur. Bu səmimi ruh halıyla dua edənin duasını da Allah məqbul görər və qəbul edər.

    Allah Quranda belə buyurur:

     

    Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm. Elə isə, onlar da Mənim çağırışıma cavab versinlər və Mənə iman gətirsinlər. Ola bilsin ki, irşad (doğru yolu tapmış) olarlar. (Bəqərə Surəsi, 186)

     

    Allah, başqa ayələrdə də "... çətinlik və ehtiyac içində olana, Ona dua etdiyi zaman razılıq edən ..." (Nəml surəsi, 61-62) olaraq bildirilir ki, bu da yenə səmimi duaların Allah qatında mütləq qarşılıq görəcəyinin ifadəsidir.

     

    Bu səbəbdən duanı Allahın köməyindən şübhəyə düşmədən, qəbul olacağına qəti olaraq iman edərək dilə gətirmək lazımdır. Əksinə düşünən, yəni Allahın razılığına qarşı şübhə ilə yaxınlaşan adam isə daha başlanğıcda Quran məntiqi ilə ziddiyət təşkil etmişdir. Bu səbəblə, dua edən adamın sahib olması lazım olan ən əsas iki xüsusiyyət, Allaha qarşı səmimiyyət və güvəndir. Allah qullarının Özünə yaxın olmasını istəyər. Səmimi bir ruh halı içində istənilən gözəl şeylərə cavab verər. İnsanı yalnız bir su damlasından yaradan, yer üzünü yoxdan var edən Allah üçün hər hansı bir adamın duasına cavab vermək çox asandır. Edilməsi lazım olan tək şey inancla və səbirlə istəməkdir.

     

    Dua mövzusunda bəlkə də ən böyük təhlükə, qəbul olmayacağı narahatlığıyla dua etməkdən imtina etməkdir. Bu bir çox istiqamətdən səhv, hətta cahil şəkildə bir davranışdır. Əvvəlcə qeyd etmək lazımdır ki, ayələrdə vurğulanan "duaya razılıq" bir şeyin "eynilə reallaşması" mənasını verməz. Çünki insan, daha əvvəl də ifadə etdiyimiz kimi bəzən özü üçün zərərli olan bir şeyi Allahdan tələb etmiş ola bilər. "İnsan xeyirə dua etdiyi kimi, şərə də dua edir. İnsan çox hövsələsizdir." (İsra Surəsi, 11) ayəsi, bu vəziyyəti açıqlamaqdadır.

     

    Duada istənilən şeyin gecikdirilərək verilməsinin və ya tamamilə fərqli bir şəkildə cavab verilməsinin bir səbəbi Allahın insanları imtahan etməsi də ola bilər. Allah qullarının səbrini sınamaq və onlar üçün verəcəyi nemətləri müəyyən bir hikmətə görə müəyyən müddətin sonunda verə bilər.

    Bu və oxşar səbəblərdən ötəri duada istənilən hər şeyin dərhal, tam istənildiyi kimi reallaşmasını gözləyə bilmərik. Böyük İslam alimi Bədiüzzamanın ifadə etdiyi kimi, Allah, dua mövzusu olan şeyin daha azını verə bilər, bəlkə də mükafat olaraq daha çoxunu verə bilər və ya yuxarıda saydığımız səbəblərdən ötəri heç verməyə bilər. Ancaq hər vəziyyətdə də Allah Özünə dua edənin duasına cavab vermişdir.

    Peyğəmbərimiz (s.ə.v) bir hədisində razılıqdan əmin olaraq dua etmək ilə əlaqədar olaraq belə buyurmuşdur:

     

    Razılıqdan əmin olaraq Allaha dua edin. (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Nəşrləri, Ankara, səh. 327)

     

    Geri
  • ŞİFAHİ DUA VƏ FELİ DUA

    Allah yer üzündə meydana gələn bütün hadisələri müəyyən səbəblərə bağlamışdır. Dünyadakı və kainatdakı hər şey Allahın qoyduğu qanun və qaydalara görə işləyər. Allah şifahi duanın yanında insanların səyləriylə dualarının reallaşmasını nə qədər arzuladıqlarını göstərmələrini gözləyir. Bu da "feli dua" dır.

    Feli dua adamın hər hansı bir arzusuna çatmaq üçün əlindən gələn hər şeyi tamamilə etməsini ifadə edər. Bir insanın universitet imtahanına girmək üçün forma doldurması, hazırlığa getməsi, dərs çalışması bir duadır. Bununla birlikdə bütün bu işləri edərkən Allahın özünə müvəffəqiyyət verməsi üçün istəkdə olması da bir duadır. Feli dua şifahi dua ilə birlikdə edilməsi lazım olan təməl bir ibadətdir. Feli və şifahi duanı açıqlayan bir başqa nümunə tövbədir. İnsanın işlədiyi bir günaha qarşılıq tövbə etməsi və bağışlanma diləməsi şifahi bir duadır. Ancaq insanın məsuliyyəti bununla qurtarmır. Özünü pisliklərdən qoruması üçün Allaha dua edən insanın bu mövzuda bir səy göstərməsi, seçim etməsi lazım olan vəziyyətlərdə iradəsinə hakim olaraq doğru olan yolu seçməsi lazımdır. Yəni tövbə edib imtina etdiyi pis davranışına bir daha geri dönməməlidir. Bunlar isə onun feli duasıdır.

    Bir işin reallaşması üçün dua edib oturan insanın etmiş olduğu hərəkət nə qədər səhv isə, bütün işləri və tədbirləri aldıqdan, yəni əməli duasını tamamladıqdan sonra "bu işi mən tamamladım" deyərək şifahi dua etməyənin etmiş olduğu davranışı da o dərəcə səhvdir.

     

    Geri
  • "Duada insan ağlının dərk edə bilməyəcəyi sirrlər vardır"

    ADNAN OKTAR: ... Allahla əlaqə çox həyati bir mövzudur. Bəzi insanlar zənn edirlər ki, oruc tutular, namaz qılınar, arada-sırada Allaha dua edilər, elə nəsə bir şeylər istənər. Elə deyil. Duada insanların ağlının dərk etmədiyi sirrlər vardır. Bu, duanın gücüylə mütənasib olaraq dəyişir. Duadakı səmimiyyətlə mütənasib olaraq dəyişir. Məsələn, səhər qalxıb: "Ya Rəbbi, Allahım işimi asan et" deyər, evdən çıxar, bu bir duadır. Amma bəzən də çox dərin konsentrə olar, huşu ilə (yalnız Allahı düşünərək) Allaha dua edər. Bu duada olan hadisələr daha dəyişikdir. Məsələn, insan:"Ya Rəbbi, İslamı dünyaya hakim et" deyər. Məsələn, 10 adam dua edər və 10 adamın duası səbəbiylə İslam əxlaqı dünyaya hakim olar. Qəti deyirəm, bir bildiyim var ki, söyləyirəm. "Ya Rəbbi, məni Mehdiyə tələbə et "deyər, duası qəbul olar. "Ya Rəbbi, məni Hz. İsa (ə.s)-a tələbə et, onunla tanış olmağı mənə nəsib et " deyər, duasında səmimi olduğu halda bu da qəbul olar. "Ya Rəbbi, məni Xızırla tanış et" deyər, bu da olar. "Ya Rəbbi, mənə mələkləri göstər" deyər bu da olar, amma duanın gücü və dərinliyi ilə mütənasibdir. Bir də uşaqcasına dua vardır, yəni səthi, məsələn, marağından bir Mehdini görüm, görəsən necə biridir? Mehdini mənə tanıt deyən insan, nələri qurban verməyə razılaşmalıdır, bilirsinizmi? Ölümü, bütün gəncliyini verməyi, hər cür ağrıya dözməyi, hər cür böhtana dözməyi qəbul edərək dua edəcək. "Mən maraqlandım, bir görüm," deyə dua edilməməlidir. Hz. İsa (ə.s)-a dua edən nələrdən keçməyi qəbul etməlidir, bilirsinizmi? Ölümü, gəncliyini verməyi və ən şiddətli ağrıları qəbul edəcək. O şəkildə ona tabe olacaq, o zaman görər. Xızırı istəyən də eləcə, Xızırla görüşmək istəyən. Hz. Musa (ə.s) bilirsiniz ki, Ulul-əzm peyğəmbər olduğu halda Xızırın üç dənə tətbiqinə dözə bilmədi. Bu, güc, iradə, ağıl və dözümlülük istəyər. Hz.Xızır Hz Musa (ə.s)-a: "Mən artıq səninlə yollarımı ayırıram"-dedi. "İndi dözə bilmədiyin bu hadisələrin hikmətini sənə açıqlayım" -dedi. Açıqlayınca Hz.Musa (ə.s) Xızırın tam mənasıyla haqlı olduğunu gördü.

    İnsan duada danışma gücü qazanar, mükəmməl bir natiqlik qazana bilər. Bir də hikmət vardır, səmimi olan insana dua zamanı Allahdan xüsusi olaraq natiqlik, danışma gücü gəlir . Bu da dua ilə olar. Xalqın tam ehtiyacı olan mövzuları izah edərsən, bu da dua ilə olar. Qısa bir şərh edərsən, adamın bütün dünyasını dəyişdirərlər. Adam 50-60 yaşına qədər gəlmişdir, hər şeyi dinləmişdir, heç bir şeydən təsirlənmir, sənin 4-5 sözdən ibarət olan bir sözün olar, üzündəki bir ifadə, səs tonu və üslubunla təsirlənir, amma təbii ki, bu oyun ilə olmaz. Bu, Allah ilə tam ruhani əlaqə ilə olar. Adamın bütün dünyası dəyişər. Bir daha əsla geriyə dönüşü olmaz. Onun üçün məsələn, mən universitetə hazırlaşıram, deyir. Allah rizası üçün hazırlaşırsa, dua ilə hazırlaşırsa o universitetin bərəkəti olar. (ADNAN OKTARIN KANAL 35 VƏ KANAL AVROPADAKI CANLI REPORTAJI - 21 Fevral 2010)

     

    Geri
  • ALLAHDAN BAŞQASINA DUA EDİLMƏZ

    Şərik, ortaq qoşmaq, yəni şirk, Allahdan başqa tanrılara tapınmaq, Uca Allaha qarşı edilən ən böyük cinayətdir. Şirkin nə qədər böyük bir günah olduğu Quranda belə bildirilir:

     

    "Şübhəsiz ki, Allah Ona şərik qoşanları bağışlamaz, bundan başqa (günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur." (Nisa Surəsi, 48)

     

    Şirkin bilinməli olan mühüm cəhəti, tarixin hər dövründə, yaşadığımız dövr də daxil olmaqla, çox geniş yayılmasıdır. Çox adam, şirk qoşmağı yəni "Allahdan başqa tanrı qəbul etməyi" özünə yaraşdırmadığı halda, bəlkə də şirk içində yaşayır. Çünki şirk həm də Allahın sifətlərini başqa varlıqlara şamil etmək deməkdir. Buna görə də, əgər bir insan Allahdan başqa varlıqların razılığını qazanmaq, onları məmnun etmək üçün yaşayırsa, onlardan qorxub mədət umursa, başqalarının yardımına ümid edirsə bu da şirk içində yaşamaq deməkdir.

    İnsanlar üçün ən böyük təhlükə olan şirkə qarşı qorunma yollarından biri Allaha dua etməkdir. Çünki, dua edən insan Allahın varlığını və birliyini, Ona qarşı olan acizliyini, ona yeganə kömək edəcək olanın Allah olduğunu və Ondan başqa heç kimə ibadət edilməyəcəyini qəbul etməkdədir. Buna görə də dua, mömini şirkə qarşı qoruyur.

    Quranda, "Ey Peyğəmbər, sənə və sənin ardınca gedən möminlərə Allah yetər" (Ənfal Surəsi, 64) ayəsinə əsasən, müsəlmanlar bilirlər ki, kömək istəniləcək yeganə varlıq Allahdır. O, hər məsələdə ən üstün olan, sonsuz qüdrət sahibi, hər şeyi görən və eşidəndir. Bütün qüsurlu sifətlərdən uzaq olan və sonsuz qüdrət sahibi olan Allahdır. Kainatda bütün qüdrət Onun əlindədir. Ona görə yardım və bağışlanmağı yalnız və yalnız hər kəsin Ona möhtac olduğu, Onun isə heç kimə möhtac olmadığı Allahdan istəməliyik. Quranda, Allahdan başqasına dua etmənin səhv olması və yeganə dua məqamının Allah olduğu bir çox ayədə bildirilir:

     

    Odur ki, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.!. (Şuəra surəsi, 213)

     

    Digər bir ayədə Allahdan başqasına dua edənlərin vəziyyəti haqqında belə bəhs edilir:

     

    Allahdan başqa tapındıqları (bütlər) heç bir şey yarada bilməzlər. (Çünki) onlar özləri yaradılmışlar. (Onlar) ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər. (Nəhl Surəsi, 20-21)

     

    Bu səbəbdən səmimi bir mömin əsla və əsla Allahdan başqasına dua etməz. Yalnız Ona yalvarıb, yalnız Ondan kömək istəyər. Buna aid, Quranın ilk surəsi olan Fatihə Surəsində də iman gətirənlərə aşağıdakı dua öyrədilir:

     

    Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi düz yola yönəlt! Nemət verdiklərinin yoluna! Qəzəbə düçar olanların və azmışların (yoluna) yox!. (Fatihə Surəsi, 4-7)

     

    Möminlərə düşən vəzifə də, Allahın sonsuz qüdrətini fikirləşib qavramaq, bu qüdrətə könüldən boyun əymək və yalnız Ondan kömək istəməkdir. Buna zidd olan bir davranışın nümayiş etdirilməsinin qarşılığı isə dünyada da, axirətdə də məğlubiyyət olacaqdır. Bu, Allahın bir vədidir.

     

    Geri
  • CAHİLİYYƏNİN DUA ANLAYIŞI

    Allahdan başqalarını ilah qəbul edənlər, yəni müşriklər də bəzən Allaha dua edərlər. Ancaq müşriklərin duası möminlərin duasından çox fərqlidir. Müşriklər yalnız çətin vəziyyətdə qaldıqları zaman Allaha möhtac olduqlarını xatırlayar və yalnız bu cür vəziyyətlərdən xilas olmaq üçün dua edərlər.

    Halbuki, insanın həyatında Allaha möhtac olmadığı bircə an belə yoxdur. Məhz müşrik ilə möminin dualarındakı fərq burada ortaya çıxır. Möminlər həmişə və hər şəraitdə Allaha üz tutarlar. Mömin dua etmək üçün özünün çətin bir vəziyyətə düşməsini gözləməz. Həmişə Allaha yaxınlaşmaq ehtiyacı duyduğu üçün dua edər.

    Müşrik xarakterinin ən diqqətə çarpan xüsusiyyəti isə, Allaha qarşı son dərəcə nankor və ikiüzlü olmasıdır. Özü çətin vəziyyətdə olarkən hər şeyi bir kənara buraxaraq Allaha dua edər. Çətin vəziyyətdən çıxdıqda isə sanki dua edən o deyilmiş kimi Allahı unudar. Çünki hadisələrin böyük hissəsinin Allahdan başqa varlıqların iradəsində, nəzarətində baş verdiyini zənn edir. Əslində, dünyadakı hər şeyin Allahın iradəsiylə baş verdiyini bilmir. Bu dar düşüncəsinə əsasən bel bağladığı bütün ümidlərin Allahın idarəsində, nəzarətində olduğunu nəzərə almaz.

    Məsələn, xəstələndiyi zaman onu sağaldanın, şəfa verənin həkimlər, dərman və ya xəstəxananın müasir texnoloji imkanları olduğunu fikirləşər. Hər xəstəliyə şəfa verənin, lazımlı dərmanı, həkimi də var edənin Allah olduğunu dərk etmir. Yalnız, çox güvəndiyi həkimlər, dərmanlar fayda vermədikdə, həmin vaxta qədər çox az fikirləşdiyi, bəlkə də heç düşünmədiyi Allaha sığınmağa başlayar. Halbuki, şəfa verəcək olan ancaq Allahdır. Cahil insanlar isə bunu qavraya bilmirlər və nankorluq edirlər. Onların bu nankorluğu ayələrin birində belə təsvir olunur:

     

    İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunus Surəsi, 12)

     

    İnsanın çətin vəziyyətdə Allaha üz tutması, Onu xatırlaması əslində tək sığınacağı varlığın Allah olduğunu dərk etdiyi mənasını vermir. Əvvəllər nəfsinin istəklərinə zidd olduğu üçün nəzər yetirmədiyi bu həqiqəti, böyük bir çətinliklə qarşılaşdığı zaman dərhal xatırlayar. Lakin bu çətinlikdən xilas olduqda isə yenə nankorluq edir. Bu vəziyyətin bir nümunəsi Quranda belə təsvir edilir:

     

    Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, (gəmilər də) içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha - dini məhz Ona aid edərək yalvarıb deyərlər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq”. (Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. (Bunlar) dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. (Yunus Surəsi, 22-23)

     

    Fırtınada dənizin ortasında qalan bir gəmidən xilas olmaq olduqca çətindir. Artıq insan ölümlə üz-üzədir və o vaxta qədər bel bağladığı səbəblərdən hər hansı birinin onun köməyinə yetişməsi mümkün deyil. Ona ancaq dənizə də, fırtınaya da, gəmiyə də, qaranlığa da hakim olan güc sahibi kömək edə bilər... Bu üstün gücün sahibi isə ancaq Allahdır.

    Bu, insanın Allahdan başqa kömək gözlədiyi bütün yardım qapılarının bağlanması deməkdir. Yəni, insan belə bir vəziyyətdə tamamilə çarəsiz qalmışdır. Belə bir vəziyyətdə qalan adam birdən Allahın varlığını xatırlayaraq, ona yalnız Allahın kömək edə biləcəyini dərk edərək dua etməyə başlayar. Kənara çəkilib ümidini Allaha bağlayaraq, Ona yalvararaq dua edər. Düşdüyü çətin vəziyyətdən onu ancaq Allahın qurtara biləcəyini anlayır və bunun da ancaq Allahın istəyindən asılı olduğunu bilir.

    Bu həqiqəti, o an çox yaxşı düşünüb dərk edər. Çünki əvvəllər Allaha şərik qoşduqlarından heç bir şey qalmamışdır, hamısı yox olub getmişdir. Onları heç fikirləşməz. Şərik qoşduqlarının ona kömək edə biləcəyini heç ağlına belə gətirməz. Çünki elə bir ehtimalın olmadığını çox yaxşı bilir. Əvvəldən belə və ya buna bənzər bir vəziyyətlə qarşılaşacağını bəlkə də heç ağlından keçirməmişdir. Ölümü ondan çox uzaq oduğunu fikirləşdiyinə görə, bu dünyada olduqca rahat hərəkət etməsi üçün dünyəvi köməkçilərinə arxayın olar. Amma heç gözləmədiyi belə bir hadisə ilə qarşılaşdıqda, əvvəllər güvəndiyi köməkçilərinin varlığı onu maraqlandırmaz. Allaha dua etmək üçün tərəddüd belə etməz. Belələri əvvəllər Allaha təslimiyyət, Ondan kömək diləmə mövzusunda çətinlik çəkən biri də olsa, həmin anda artıq səmimiyyətlə dua edərlər. Allaha dua etməli olduğunu ona heç kim deməz, xatırlatmaz. Buna ehtiyac da yoxdur. Çünki o, yeganə köməyin ancaq Allahdan gələ biləcəyini dərk edər.

    İndiyə kimi heç fikirləşmədiyi bir aqibət birdən-birə ona yaxınlaşar, demək olar ki, onunla üz-üzə qalar. Ölümün mövcudluğunu ilk dəfə indi dərindən anlayar. Həyatı boyunca düşünmədiyi bu aqibəti və bundan sonrasını bir neçə dəqiqə içində təfərrüatı ilə düşünər və ona əvvəllər tanış olmayan qorxu hissini duymağa başlayar. Dünyada ikən heç düşünmədiyi axirət həqiqəti birdən-birə gözündə canlanar.

    Ölümə bu qədər yaxınlaşdığı vaxt cənnətə layiq olmaq üçün işlər etmədiyini başa düşər və ən böyük qorxusunun buna bağlı olduğu həqiqəti ilə üzləşər. Dünyada etdiklərini fikirləşər, qiymətləndirər. Bunun nəticəsindən çox qorxduğu üçün nə qürurlana bilər, nə də din mövzusundakı cəsurluğunu davam etdirə bilər. Sanki əvvəllər Allaha yaxınlaşmağı rədd edən, dua etməkdə təkəbbürlülük göstərən və hər şeyi özünə aid etməyə çalışan, öz cəhdləri ilə əlaqələndirən biri deyilmiş kimi davranar. Halbuki, öz nankorluğunu dərk edər. Öz iradəsi ilə Allaha yaxınlaşıb dua edər. Bu, nə etməli olduğunu çox yaxşı bilməyin ən böyük nümunəsidir.

    Əvvəldən öyrədilməməsinə baxmayaraq, çətinliklərlə üzləşən bir çox insan, təsvir etdiyimiz yaxınlıqla və səmimiyyətlə Allaha dua edər. Hətta bu insanlardan bir qismi, əvvəllər rifah içində yaşayan və Allahın varlığını rədd edən kəslərdir. Allahı inkar etmələri ilə tanınan adamların əksəriyyəti belə bir vəziyyətdə yenə "Ondan başqa heç bir sığınacaq olmayan" Allaha sığınarlar.

    Ancaq Quranda bildirildiyi kimi, gəmidə səmimi, Ondan başqa heç bir güc sahibinin olmadığını anlamış bir şəkildə Allaha üz tutan inkarçı, təhlükənin ötməsi ilə, həmin vaxt keçirtdiyi qorxuları və səmimiyyəti bir anda itirər. Azmış bir şəkildə köhnə müşrik həyatına geri dönər. Peşmançılıq hissi və Allaha qayıdışı qəfildən inkar və nankorluqla əvəz edilər. İmansız dövrünə geri dönər. Təhlükə anında düşündüyü və anladığı həqiqətləri birdən-birə unudar. Narahatçılığın aradan qalxması və təhlükənin uzaqlaşmasından irəli gələn əminlik hissi nəticəsində Allaha dua etməyi unudar.

    Cahiliyyənin bu anormal psixoloji vəziyyəti və nankorluğu ayələrdə belə bildirilir:

     

    İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, məyus olub ümidini itirər. Başına gələn bəladan sonra Özümüzdən ona bir mərhəmət daddırsaq, mütləq deyər: “Bu mənim haqqımdır və Mən o Saatın gələcəyini güman etmirəm. Rəbbimə qaytarılsam belə, Onun yanında mənim üçün ən gözəl nemət hazırlanar!” Biz kafirlərə nə etdiklərini mütləq xəbər verəcək və onlara hökmən ağır bir əzab daddıracağıq. İnsana nemət verdiyimiz zaman üz çevirib (haqdan) uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar.. (Fussilət Surəsi, 49-51)

     

    Bütün bu ayələrdə çətin vəziyyətlərdə Allaha üz tutan, çətinlik ortadan qalxan kimi, rahatlıq tapan kimi isə nankorlaşan insanlardan bəhs edilir. Bu, əvvəl də qeyd etdiyimiz kimi müşriklərə aid bir davranışdır, çünki möminlər hər cür şəraitdə Allaha sığınarlar, bu onların başlıca xüsusiyyətlərindəndir. Yalnız çətin vəziyyətə düşdükləri zaman deyil, xoş və şad günlərində də Ona dua edər, Onun şəninə tərif deyib zikr edərlər. Kömək istənən yeganə güc sahibinin Allah olduğunu qəti olaraq bilərlər.

    Lakin burada diqqət yetirilməli olan bir məqam var. Gəmidə Allaha dua edib sonra xilas olub əmin-amanlığa qovuşanda Onu unudan nankor xarakter, hər insanın nəfsində olan və bu səbəbdən hər kəsə təsir edə biləcək bir meyildir. Qurandakı bu hekayənin bir hikməti əlbəttə müşrikləri qınamaqdır ancaq, bütün oxucular da burada bəhs edilənlərdən ibrət almalı və bu cür davranışlardan çəkinməlidirlər. Yəni hər kəs bu nümunə üzərində düşünməli, öz vəziyyətini analiz etməli, səmimi şəkildə öz nəfsini mühakimə etməlidir.

    Məsələn, siz, öz vəziyyətinizi fikirləşirsiniz? ..Görəsən sizin də dualarınız, gəmidə fırtınaya düşənlər kimi, yalnız çətin vəziyyətlərlə üzləşəndə mi güclənir? Yalnız başınıza pis hadisə gəldikdə, bəla baş verdikdə mi Allaha üz tutursunuz? Ancaq dərdli, sıxıntılı vəziyyətlərdəmi səmimiyyətlə və ürəkdən dua edirsiniz? Firəvan və xoşbəxt olduğunuz zamanlarda isə Allahı az xatırlamağa, Ona çoxlu dua etməməyə mi başlayırsınız? ..

    Əgər belədirsə, bu haqda fikirləşmək lazımdır. Qurandakı hekayələrdən ibrət almaq, gəmidə dua edib sonra da nankorluq edən müşriklərə oxşamamağa çalışmaq, Allaha tövbə etmək, Ondan bağışlanma diləmək lazımdır. Çünki hər bir imanlı insanın vəzifəsi, Quranda bəhs edilən kafir və müşrik xüsusiyyətlərindən əlindən gəldiyi qədər çəkinmək və möminə xas olan xüsusiyyətləri qüsursuz şəkildə yiyələnməyə çalışmaqdır. Bir möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə, həm çətinlikdə, həm rahatlıqda, həm darlıqda, həm bolluqda, bir sözlə hər cür şəraitdə Allahın bəndəsi olduğunu unutmaması, həmişə Ona üz tutması, həmişə Ona dua edən və şükr edən olmasıdır.Yaddan çıxarılmamalıdır ki, ancaq çətin və sıxıntılı vəziyyətlərdə Allaha dua etmək səmimi davranış deyil. Çünki, Quranda da Allaha və Onun Elçisinə qarşı çıxan ən azğın din düşmənlərinin yalnız çətin və dar vəziyyətdə Allaha üz tutaraq dua etdikləri bildirilir. Buna aid ən aydın nümunələrdən biri, Firondur. Qədim Misirdə özünü ilah olaraq elan edən, təkəbbürlənən Firon, Hz. Musa (ə.s) və qövmünə çox əziyyət vermiş, və ona göstərilən bütün möcüzələrə və təbliğlərə baxmayaraq Allahı inkar etmişdi. Hətta onun bu inkarı və təkəbbürlüyü ölümlə üz-üzə gələnə qədər davam etmişdir. Ancaq ölümün ona çox yaxın olduğunu və xilas ola bilməyəcəyini başa düşəndə, çarəsizlik içində dua etməyə başlamışdı və onun da bir müsəlman (Allaha təslim olmuş) olduğunu iddia etmişdi. Quranda bu hadisə belə bildirilir:

     

    Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət (Firon) (dənizdə) batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!” (Firona deyildi:) “İndimi (müsəlman oldun)? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan”. Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir. (Yunus Surəsi, 90-92)

     

    Quranda dəfələrlə bəhs olunan bu səhv dua anlayışından, yuxarıda da qeyd etdiyimiz kimi, hər mömin bundan ibrət almalı və özü üçün bir nümunə çıxartmalıdır. Allah bu ayələrlə Quranı oxuyan bütün möminləri xəbərdarlıq edir və duanın bütün dövrlərə yayılmasını istədiyini bildirir. Məhz cahillərin dua haqqında olan təsəvvürləri ilə iman edənlərin dua anlayışları arasındakı ən təəccüblü fərqlərdən biri burada ortaya çıxır. Möminlər, onları yaradan, saysız nemətlər bəxş edən Rəbbimizə qarşı olduqca təslimiyyətli olarlar. Onlar, özləri üçün həqiqi dost və köməkçilərinin yalnız Allah olduğunu dərk edirlər və buna görə də hər cür şəraitdə ancaq Allahdan kömək diləyər və Ona dua edərlər.

    Cahiliyyə insanları isə ancaq çətin vəziyyətə düşdükləri zaman Uca Allahdan kömək istəyər və qalan vaxtlarda isə özlərinə himayədar tapıb, onlardan mədət umarlar. Əlbəttə, bu cahilliklərinin acı qarşılığını dünyada da, axirətdə də görəcəklər. Peyğəmbərimiz (s.ə.v) hədislərin birində, yalnız Allaha dua edilməsi haqqında belə buyurmuşdur:

    ... Bir şey istəyəndə Allahdan istə. Kömək lazımdırsa Allahdan kömək istə. Çünki qullar, Allahın yazmadığı bir məsələdə sənə faydalı olmaq üçün bir yerə gəlsələr, bu faydanı göstərməyə müqtədir ola bilməzlər (nail ola bilməzlər). Allahın yazmadığı bir zərəri sənə vermək üçün bir yerə yığışsalar belə, buna da müqtədir ola bilməzlər. (Kutubu Sittə, Müxtəsəri Tərcümə və Şərhi, Prof. Dr. İbrahim Canan, 16-cı cild, Akçağ Nəşrləri, Ankara, 1992, s. 314)

    Hər mövzuda olduğu kimi ən gözəl nümunə Peyğəmbərimiz (s.ə.v.)-dir. Rəvayətlərdə, Allahın bütün aləmlərə rəhmət olaraq göndərdiyi Peyğəmbərimiz (s.ə.v) -in, Rəbbimizə olan səmimiyyətini, gözəl əxlaqını, təslimiyyətini və imanının dərinliyini ortaya qoyan duaları keçir. Bunlardan bəziləri belədir:

    Əbu Musa, əl-Eşaridən belə rəvayət etdi: Peyğəmbər (s.ə.v) bu dua ilə dua edərdi: "Ey Rəbbim! Mənim günahımı, bilmədiyim şeyləri, hər işimdə israfımı və məndən yaxşı bildiyin qüsurlarımı bağışla! Ya Allah! Mənim, qəsdən və bilməyərəkdən etdiyim günahları,səhvlərimi, zarafatlarımı bağışla! Bunların hamısı məndə var. Ya Allah! Əvvəlcədən etdiyim, sonradan edəcəyim, gizlətdiyim, ortaya çıxardığım bütün günahlarımı Sən bağışla! Önə keçirən ancaq Sənsən, geriyə buraxan da ancaq Sənsən. Sən hər şeyə qadirsən ! " (Səhihi Buxari və Tərcüməsi, Tərcüməçi: Məmməd Sofuoğlu, Ötüken Nəşrləri, İstanbul 1987, Cild 14, s. 6336)

     

    Geri
  • QURANDA PEYĞƏMBƏRLƏRİN DUALARI

    Quranda bəhs edilən peyğəmbərlərin hər biri, müəyyən xüsusiyyətləri ilə diqqəti cəlb edən xalqlara göndərilmişdilər. Bu qövmlər, onlara göndərilən elçiləri yalançılıqda ittiham etmiş, azğınlaşmış və tədricən həddi aşan cəmiyyətlərə çevrilmişlər. Peyğəmbərlərin vəzifəsi isə dini tanımayan və ya tanıdığı halda inkara meyl edən bu xalqlara haqq olan dini tanıtmaq, onları Allaha inanmağa dəvət etmək və axirətə istiqamətləndirmək idi.

    Bu isə olduqca çox çətin bir iş idi. Bir insan təkbaşına, əksər insanların ona qarşı etiraz edib təzyiq göstərəcəyini bildiyi halda, o vaxta kimi eşidilməmiş, və ya eşidildiyi halda qəbul edilməmiş haqq dini insanlara təbliğ etmək üçün vəzifələndirilirdi. Həm də bu vəzifə, malik olduqları hər şeyi, hətta öz həyatlarını belə təhlükəyə atırdı. Allaha inanmağa dəvət etdiyi üçün insanlar onlara nifrət edir, hətta öldürmək istəyirdilər. Onlara əziyyət edə bilər, özlərini inanmış kimi göstərərək xainlik edə bilərdilər. Peyğəmbərin ətrafındakılardan heç biri, hətta ailəsi belə ona inanmaya bilərdi. Elçi isə yalnız Allaha qarşı məsuliyyət daşıyırdı. Bu, mütləq yerinə yetirilməli, olduqca çox böyük əhəmiyyət kəsb edən bir məsuliyyət idi. İnsanların dini öyrənib öyrənməmələri, öyrəndikləri ilə cənnətə layiq olub-olmadıqlarını müəyyən etmək peyğəmbərin üzərinə düşən vəzifə deyildi, o, buna görə məsuliyyət daşımırdı. Onun yeganə vəzifəsi yalnız dini təbliğ etmək idi. Bu, dünyada tanıdığımız və bildiyimiz heç nəyə oxşamaz. Bir insanın tək başına böyük bir cəmiyyətə qarşı Allahın tapşırdığı bu vəzifəni yerinə yetirməsi olduqca çətin bir işdir.

    Əlbəttə vəziyyət, kənardan baxanlara çətin görsənir, əslində isə, hər şeyin hakimi olan Allahın gücü burada əsas rol oynayır. Belə bir vəziyyətdə də inkarçıların sayı və ya onların gücü mühüm amil deyil. Peyğəmbərlərin hamısı bu həqiqəti çox yaxşı anlayaraq hərəkət etmiş, Allah qarşısında daşıdıqları bu məsuliyyəti axıra kimi yerinə yetirmişlər. Allah peyğəmbərlərin bu üstün xüsusiyyətlərini ayələrində tərifləyir. Quranda bildirildiyi kimi Allah həmişə Ona inananlara kömək edir və peyğəmbərlərini insanların zülmlərindən qoruyur. Quranda, Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) -in hicrət əsnasında yaşadığı bir təhlükədən bəhs edilərkən bu həqiqət belə izah edilir:

     

    Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə Surəsi, 40)

     

    Peyğəmbərlər, Quranda hər bir şəraitdə Allaha sığınmaları bir nümunə olaraq göstərilir:

     

    Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. (Əhzab Surəsi, 21)

     

    Onlar ancaq Allahdan umarlar. Peyğəmbərliklə vəzifələndirilmələrindən etibarən yeganə məqsədləri verilən bu vəzifəni yerinə yetirmək və qövmlərini Allaha dəvət etmək olmuşdur. Arzuları da məqsədlərinə uyğun olmuşdur. Səmimi, ürəkdən edilən duaların nümunələrini peyğəmbərlərin nümunələrində aydın şəkildə görə bilərik.

    Buna görə də kitabın bundan sonrakı qismində Quranda öyrədilən peyğəmbər duaları haqqında danışacağıq.

     

    Geri
  • Hz. Nuh (ə.s)-ın duaları

    Quranda, uzun illər nümunəvi qətiyyətlə qövmünü tövhid dininə çağıran Hz. Nuh (ə.s)-ın səbrindən fəxrlə bəhs edilir. Hz. Nuh (ə.s.) ona və yanındakı möminlərə düşmənçilik edən qövmünə qarşı qətiyyətlə mübarizə aparmışdır. Hz. Nuh (ə.s)-ın hər cür vəziyyətdə Allaha yönəlməsi, Onun köməyini ümid edərək səmimiyyətlə dua etməsi isə möminlər üçün böyük bir nümunədir. Hz. Nuh (ə.s.) yaşadığı vəziyyəti Allaha bildirmiş və belə dua etmişdir:

     

    Sonunda Rəbbinə dua etdi: "Həqiqətən, mən məğlub olmuş vəziyyətdəyəm. Artıq Sən (bu kafir cəmiyyətdən) intiqam al." (Qəmər Surəsi, 10)

     

    Başqa bir surədə Hz. Nuh (ə.s) -ın Allaha dua etməsi belə xəbər verilir:

     

    Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma! Əgər Sən onları (sağ) qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər. Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. (Nuh Surəsi, 26-28)

     

    Allah, Hz. Nuh (ə.s) -ın bu duasını qəbul etmiş və yaxın vaxtlarda baş verəcək Tufana hazırlaşmasını əmr etmişdir. Hz. Nuh (ə.s.) yaxınlıqda hər hansı bir dəniz və ya göl olmamasına baxmayaraq Allahın əmrinə uyğun olaraq böyük bir gəmi düzəltməyə başlamışdır. Gəmini düzəldərkən qövmünün camaatı isə onu ələ salmağa başlamışdır. Bu hadisə Quranda belə xəbər verilir:

     

    (Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. (Hud Surəsi, 38)

     

    Ancaq Hz. Nuh (ə.s.) qövmünün bütün təzyiqlərinə baxmayaraq, Allahın əmrini yerinə yetirərək gəmini hazırlamışdır. Sonda isə Allahın vədi gəlir və tufan baş verir:

     

    Biz göyün qapılarını leysan yağışı ilə açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan) sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq. (Qəmər Surəsi, 11-13)

     

    Tufanda boğulanlardan biri də Hz. Nuh (ə.s) -ın oğlu olmuşdur. Hz. Nuh (ə.s.) tufandan əvvəl oğlunu gəmiyə çağırır, ancaq oğlu atasının bu çağırışını qəbul etmir. (Hud Surəsi, 43) Quranda Hz. Nuh (ə.s) -ın, oğlunun ölümü ilə bağlı Allaha belə dua etdiyi bildirilir:

     

    Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!” O dedi: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”" (Hud Surəsi, 45-46)

     

    Hz. Nuh (ə.s.) qövmünün həlak edilməsi üçün dua edərkən "mömin olaraq evinə daxil olanların" qorunmasını Allahdan istəmişdir. Halbuki, Nuhun oğlu iman etməmişdir. Quranda Hz. Nuh (ə.s) -ın Allahın onu bağışlaması üçün belə dua etdiyi bildirilir:

     

    O dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram”. (Hud Surəsi, 47)

     

    Geri
  • Hz. İbrahim (ə.s) -ın duaları

    Hal-hazırda milyonlarla insanın həcc vəzifəsini yerinə yetirmək üçün ziyarət etdiyi Kəbəni inşa edən Hz. İbrahim (ə.s), Quranda, "tək başına bir ümmət" kimi təqdim olunur. O və oğlu Hz. İsmayıl (ə.s.), bundan min illərlə əvvəl, Allahın vəhyi ilə insanların yığışacaqları və Onu zikr edəcəkləri, ilin müəyyən vaxtlarında oraya, həccə gələcəkləri bir ev inşa etmişlər. Bu evin Qurandakı adı Kəbədir. Ata-oğul bunu bir ibadət olaraq yerinə yetirmiş, və sonra da belə dua etmişdilər:

     

    O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən (belə) (dua etdilər): “Ey Rəbbimiz! (bunu )bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! (Bəqərə Surəsi, 127)

     

    Kəbənin inşa edildiyi yer vaxt keçdikcə inkişaf edəcək və bu gün Məkkə olaraq adlandırdığımız şəhər halını alacaq. Hz. İbrahim (ə.s) bu yer üçün Allaha belə dua etmişdir:

     

    Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Allah) dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!”. (Bəqərə Surəsi, 126)

     

    Hz. İbrahim (ə.s) və oğlu Hz. İsmayıl (ə.s.) dualarında yalnız öz yaşadıqları dövr üçün deyil, onlardan sonra gələcək olan nəsillər üçün də bəzi arzularını dilə gətirmişlər:

     

    Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən! Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!” (Bəqərə Surəsi, 128-129)

     

    Hz. İbrahim (ə.s) –ın bir başqa duasında, Allaha yaxınlaşma yolları axtardığı belə xəbər verilir:

     

    Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. (Rəbbi ona): “Məgər sən inanmırsan?”– dedi. (İbrahim) dedi: “Əlbəttə (inanıram!) Amma (istəyirəm ki,) qəlbim rahat olsun”. (Allah) buyurdu: “Quşlardan dördünü tut və onları tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!” (Bəqərə Surəsi, 260)

     

    Ayədən də aydın olduğu kimi, İbrahim Peyğəmbərin Allahdan ölüləri necə diriltdiyini göstərməsini istəməsi, imanındakı, inancındakı bir zəiflikdən irəli gəlmirdi. Əksinə iman gətirmişdi, amma iman gətirdiyi həqiqəti tam mənasıyla qavramaq istəyirdi. O, çox səmimi olaraq Allahın bir möcüzəsinə şahid olmaq istəmiş, Allah da bu səmimi duasını qəbul etmişdir.

    Hz. İbrahim (ə.s) –ın atası bir büdpərəst idi. O, atasına dini təbliğ edirdi, ancaq atası iman gətirməyi qəbul etməmişdi. İbrahim Peyğəmbər isə atasının Allahdan bağışlanmasını istəmişdi:

     

    (İbrahim) dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz (bütləri) tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım."(Məryəm Surəsi, 47-48)

     

    Hz. İbrahim (ə.s) -ın, atası bir mömin olmadığı halda onun üçün Allaha dua etməsinin əsas səbəbi Quran ayələrində belə xəbər verilir:

     

    Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz. İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi. (Tövbə Surəsi, 113-114)

     

    Bu gün milyonlarla insanın ziyarət etdiyi Məscidi-Harama, yəni Kəbəyə ilk dəfə yerləşən Hz. İbrahim (ə.s), duasının davamında oğulları İsmayıl, İshaq və bütün möminlər üçün arzu və istəyini belə bildirmişdir:

     

    Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə (belə etdim). İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara (növbənöv) məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər. Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz. Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir. Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” (İbrahim Surəsi, 37-41)

     

    Göründüyü kimi Hz. İbrahim (ə.s) duasında həm Allahın sifətlərini qeyd edir, həm də Ona şükr edir. Hz.İbrahim (ə.s)-ın Allaha etdiyi duası ilə özünün Ona yaxınlaşmasını, axirətdə bağışlanmasını arzulayır.

     

    Geri
  • Hz. Lut (ə.s) –ın duaları

    Quranda "hökm və elm" verilən peyğəmbər kimi tanınan Hz. Lut (ə.s), Hz.Nuh Peyğəmbər kimi qövmünə uzun illər haqq dini təbliğ etmişdir. Ancaq Allahın buyurduğu hökmləri tapdalayaraq homoseksuallıqla məşğul olan qövmünün Hz. Lut (ə.s) -a olan cavabları həmişə mənfi olmuşdur:

     

    Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı. (Əraf surəsi, 80-82)

     

    Lut Qövmü, Allahın elçisini inkar edib, ona qarşı açıq-aşkar meydan oxumuşdu. Hz. Lut (ə.s) isə tayfasını uzun müddət tövhid dininə çağırdı, hər hansı bir müsbət cavab ala bilmədikdə isə Allaha belə dua etdi:

     

    (Lut) dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən qövmün əleyhinə mənə kömək et!." (Ənkəbut Surəsi, 30)

     

    Allah da, Hz. Lut (ə.s) –ın duasını qəbul etdi və Allahın Elçisinə qarşı çıxan Lut tayfası həlak oldu.

     

    Biz etdikləri pozğunluğa (günahlara) görə bu məmləkət əhlinin başına göydən bir əzab endirəcəyik!”Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət alsınlar deyə) o məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq. (Ənkəbut Surəsi, 34-35)

     

    Bu misaldan da gördüyümüz kimi, dua təkcə insanların yaxşılığı, dünya və axirət səadəti üçün olmaya bilər. Peyğəmbərlər Allahın qoyduğu sərhədləri aşan, möminlərə zülm edən tayfanın həlakı üçün də dua etmişdir. Hz.Lut (ə.s) –ın duası da buna bir misaldır.

     

    Geri
  • Hz. Əyyub (ə.s) –ın duaları

    Quranda dörd yerdə Hz. Əyyub (ə.s) -dan bəhs edilir və onun səbri möminlərə nümunə olaraq göstərilir. Allahdan vəhy alan seçilmiş bir qul olan Hz. Əyyub (ə.s), ciddi bir xəstəliyə tutularaq çətinlik çəkmişdir. (Nisa Surəsi, 163) Ancaq yaşadığı hər cür ağır şərtlərdə daim səbri və Allaha olan etimadı ilə fərqlənmişdir. Allah onun bu xüsusiyyətini bütün möminlərə nümunə olaraq göstərir:

     

    ... Həqiqətən, Biz onu səbir edən gördük. O, nə gözəl qul idi. Çünki o, (daim Allaha) sığınan bir kimsə idi. (Sad surəsi, 44)

     

    Hz. Əyyub (ə.s) düçar olduğu xəstəliklə yanaşı bir də şeytanın mənfi təlqini ilə üz-üzə qalmışdı. Ancaq Hz. Əyyub (ə.s) bu çətinliyini səmimi olaraq Allaha bildirmiş və Ondan kömək istəyərək dua etmişdir:

     

    Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!” (Sad surəsi, 41)

     

    Bir başqa ayədə, Hz. Əyyub (ə.s) –ın duasından belə bəhs edilir:

     

    Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”. (Ənbiya Surəsi, 83)

     

    Allah, əlbəttə, bu saleh bəndənin duasını qəbul etmişdir. Allahın Hz. Əyyub (ə.s) -a verdiyi cavab ayələrdə belə xəbər verilir:

     

    Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik. (Ənbiya Surəsi, 84)

     

    Allah insanları müxtəlif formalarda imtahan edir. Allahın saleh qullarından biri olan Hz. Əyyub (ə.s) da çox ağır çətinliklə sınağa çəkilmişdir. Buna oxşar vəziyyətlər, imtahan mühiti olaraq dünyadakı başqa möminlərin də başına gələ bilər. Buna görə də bu cür vəziyyətə düşən hər bir mömin, Hz. Əyyub (ə.s) –ı özünə nümunə götürərək imtahanın növündən və müddətindən asılı olmayaraq, Allahın insanı daşıya bilməyəcəyi yüklə yükləməyəcəyini anlamalıdır.

     

    Geri
  • Hz. Yusif (ə.s) –ın duaları

    Hz. Yusif (ə.s)-ın hekayəsi, dua haqqında möminlər üçün gözəl nümunələrlə doludur. Hz. Yusif (ə.s), qarşılaşdığı hər cür çətinliyə qarşı təvəkküllü, təslimiyyətli davranışı və Allaha olan sədaqəti ilə, sahib olduğu güclü imanını bütün vəziyyətlərdə göstərmişdir.

    Hz. Yusif (ə.s) -ın və atası Hz. Yaqub (ə.s) –ın başına gələn çətinliklər, azyaşlı Hz. Yusif (ə.s) -ın qısqanc qardaşları tərəfindən quyuya atılıb, bir canavar tərəfindən parçalanması iddiası ilə başlayır. Ancaq Hz. Yaqub (ə.s), çox sevdiyi oğlunun başına gələn bu faciəli hadisə qarşısında Allaha olan təslimiyyətini qoruyur:

     

    >Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yaqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”(Yusuf Surəsi, 18)

     

    Ayədən də aydın olduğu kimi oğlunun qanlı köynəyini görən Hz. Yaqub (ə.s), əsl möminə yaraşan davranışı göstərərək və ən düzgün davranışın "səbir, təvəkkül və dua" olacağını demişdi. Necə ki, quyuya atılaraq ölümə məhkum edilən Hz. Yusif (ə.s), möcüzə nəticəsində yoldan keçən bir karvan tərəfindən tapılır. Onu tapan karvan, onu pul qarşılığında satmağa qərar verir və özləri ilə aparırlar.

    Sonra isə qul kimi bir Misir əyanına satılan Hz. Yusif (ə.s)-a həddi-buluğa çatanda Allah ona "elm və hikmət" (Yusuf Surəsi, 22) verdi.

    Onu satın alan misirlinin arvadı, ayədə bildirildiyinə görə ondan murad almaq istəyir. Bunu qəbul etməyən Hz. Yusif (ə.s) -ı zindana atdıracağı ilə təhdid edir. Bu hadisə ilə üzləşən Hz.Yusuf (ə.s) Allaha üz tutaraq belə dua edir.

     

    (Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha yaxşıdır. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”. (Yusuf Surəsi, 33)

     

    Ayədə göründüyü kimi Hz. Yusif (ə.s), duasında düşdüyü vəziyyəti səmimi olaraq etiraf etmişdir. Bu hadisədən sonra zindana atılan Hz. Yusif (ə.s), zindanda olan insanlar arasında təbliğə başlayır:

     

    " Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?! (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!" (Yusuf Surəsi, 39-40)

    Uzun illər orada qaldıqdan sonra, Misirlinin arvadının da Hz. Yusif (ə.s) –ın günahsız olduğunu etiraf etməsindən sonra Hz. Yusif (ə.s) zindandan çıxarılır. (Yusuf Surəsi, 51-54)

     

    Bütün bu çətinliklərin ardından Hz. Yusif (ə.s) –ın duası qəbul edilir və quyuya atılmağı ilə başlayan hadisələr, ölkənin iqtidarında söz sahibi olması ilə davam edir:

     

    Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. (Yusuf Surəsi, 56)

     

    Beləliklə, iqtidar sahibi olan Hz. Yusif (ə.s), onu zindandan çıxararaq xəzinənin başına keçirən Allaha şükr edir və dünyada Müsəlman olaraq ölmək və axirətdə də salehlərlə birlikdə olmaq üçün dua edir:

     

    “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərdən et!”. (Yusuf Surəsi, 101)

     

    Geri
  • Hz. Şuayb (ə.s) –ın duaları

    Mədyən və Əykə xalqına peyğəmbər olaraq göndərilən Hz. Şuayb (ə.s.), Allahın buyurduğu hökmləri tapdalayan qövmünü imana dəvət etmişdi. (Əraf Surəsi, 85)

    Mədyən xalqının Hz. Şuayb (ə.s.) - a cavabı Nuh və Lut tayfalarının cavablarından fərqli olmadı. Hz. Şuayb (ə.s) –ın dediklərini qəbul etməyən xalq, onu və digər möminləri yaşadıqları torpaqlardan sürgün etməklə təhdid etdi:

     

    Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracayıq, ya da siz bizim dinimizə dönəcəksiniz! ..." (Əraf Surəsi, 88)

     

    Hz. Şuayb (ə.s.) isə, Mədyən xalqının laqeydliyini və təhdid dolu davranışını görüb Allaha təvəkkül edərək Ona dua etdi:

     

    Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”. (Əraf surəsi, 89)

     

    Nəticədə Lut və Nuh qövmünün başına gələnlər Mədyən xalqının da başına gəldi. Hz. Şuayb (ə.s) –ın duası ilə Allah hökmünü verdi və Allahın elçisini tanımayan qövm məhv edildi:

     

    Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular. Şueybi yalançı sayanlar, sanki orada heç firəvanlıq, şadlıq içində yaşamamış kimi oldular. Şueybi təkzib edənlərin özləri ziyana uğrayanlardan oldular. (Əraf Surəsi, 91-92)

     

    Geri
  • Hz. Süleyman (ə.s) –ın duaları

    Hz. Süleyman (ə.s) –ın əsas xüsusiyyətlərindən biri, böyük güc və iqtidara malik olması idi. Ona bir çox üstün qabiliyyətlər də verilmişdi. Hz. Süleyman (ə.s) -a verilən bu üstün qabiliyyətlər arasında cinləri idarə etmək, hətta heyvanlarla danışa bilmək də var idi. Hz. Süleyman (ə.s) –ın heyvanların danışıqlarını başa düşməsi Quran ayələrində belə xəbər verilir:)

     

    Süleyman Davuda (peyğəmbərlikdə) varis oldu və dedi: “Ey insanlar! Bizə quşların dili öyrədildi və bizə hər şeydən (bol nemət) verildi. Həqiqətən, bu, (bizə göstərilən) açıq-aşkar üstünlükdür”. (Nəml Surəsi, 16)

     

    Ona verilən üstünlüklərə görə Allaha şükür edən Hz. Süleyman (ə.s) –ın duası isə belədir:

     

    "... Ey Rəbbim, mənə, ana və atama verdiyin nemətlərə şükr etmək üçün, Sənin razı salacaq yaxşı işlər görmək üçün ilham ver və məni Öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et." (Nəml Surəsi, 19)

     

    Allah Hz. Süleyman (ə.s) -a bəzi xüsusi qabiliyyətlərdən başqa böyük maddi imkanlar da vermişdir. Hz. Süleyman (ə.s.) da verilən bu imkanlara görə Allaha həmişə şükr etmiş və belə dua etmişdi:

     

    Rəbbim, məni bağışla və mənə heç kimə nəsib olmayan bir mülk ver. Həqiqətən, Sən böyük ehsan sahibisən. (Sad surəsi, 35)

     

    Əvvəlki səhifələrdə də duanın yalnız şəxsi və dünyəvi arzular üçün edilməməsi haqqında danışmışdıq. Hz. Süleyman (ə.s) -ın"heç kimə nəsib olmayan bir mülk" istəməsi də dünyəvi bir istək deyil, əslində axirətlə əlaqəli bir arzu idi. Həmçinin onun "... həqiqətən mənim mala (nemətə) olan məhəbbətim Allahı zikr etməyi üstün tutduğumdam irəli gəlir ..." (Sad surəsi, 32) dediyi ayələrdə bildirilir. Yəni, Hz.Süleyman (ə.s)-ın Allahdan mal-mülk istəməsi Allahı daha çox zikr etmək üçün idi.

    Əgər bir insan əlində olan maddi imkanları Allah rizası üçün istifadə edir və bu imkanlar onu Allaha yaxınlaşdırırsa, Allahı zikr etməyinə vəsilə olursa, onun dünya nemətlərini istəməsində heç bir qəbahət iş yoxdur. Çünki istədiyi nemətlər onu axirətə yaxınlaşdıracaq bir vəsilə halına gəlmişdir.

    Geri
  • Hz. Zəkəriyya (ə.s) –ın duaları

    Quranın üç fərqli surəsində Hz. Zəkəriyya (ə.s) –ın dualarından bəhs edilir. Xeyli yaşlanmış olan Hz. Zəkəriyya (ə.s), özündən sonra qövmü arasında imanı davam etdirmək üçün Allahdan bir övlad istəmişdi. Özünün xeyli yaşlı olması, arvadı isə sonsuz olduğu üçün uşağı olmamışdır, yəni varisi yox idi. Buna görə də Allaha dua etdi:

     

    Bir zaman (Zəkəriyya) Rəbbinə gizlicə dua edib demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində (heç vaxt) naümid qalmamışam. Mən özümdən sonra gələn qohumlarımdan (dinə etinasız yanaşacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ..." (Məryəm Surəsi, 3-6)

    (O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!” (Al-i İmran Surəsi, 38)

    (Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” – deyə yalvarıb Rəbbinə dua etmişdi." (Ənbiya Surəsi, 89)

     

    Ayədə Hz. Zəkəriyya (ə.s) –ın Allaha gizlicə dua etdiyi bildirilir. Bu, səmimiyyətin ən böyük nümunələrindən biridir. Hansı ki, Allah, Ona bu cür səmimiyyətlə müraciət edən Hz. Zəkəriyya (ə.s) –ın duasını qəbul etmişdir:

     

    Biz (Zəkəriyyənin) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər... (Ənbiya Surəsi, 90)

    (Allahdan belə bir nida gəldi:) “Ey Zəkəriyya! Sənə bir oğulla (oğlun olacağı ilə) müjdə veririk ki, adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik!” (Məryəm Surəsi, 7)

    O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”. (Al-İmran Surəsi, 39)

    Ayələrin davamında bildirildiyinə görə, Hz. Zəkəriyya (ə.s) etdiyi duanın əvəzində, yaşlı olmasına baxmayaraq Allahın ona bir oğul övlad bağışlamasına təəccübləndi. Bu müjdəni çatdıran mələk isə Ona Allahın qüdrətini xatırladır:

     

    O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda mənim övladım necə ola bilər?” (Mələk) dedi: «Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»." (Məryəm Surəsi, 8-9)

     

    Əvvəlki səhifələrdə Allahın səmimi qullarının dualarına onlar üçün ən xeyirli olacaq tərzdə cavab verdiyini qeyd etmişdik. Allahın, Ona səmimi dua edənlərin yeganə dostu və köməkçisi olduğunu da bildirmişdik. Allah, övlad sahibi ola bilməsi qeyri-mümkün olan Hz. Zəkəriyya (ə.s)-a da, səmimi duasını qəbul edərək saleh bir oğul bəxş etmişdir.

    Geri
  • Hz. Yunus (ə.s) –ın duaları

    Quranda, Hz. Yunus (ə.s) -dan belə bəhs edilir:

     

    Yunus da, həqiqətən, elçilərdəndir. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı. Beləliklə püşk çəkmədə iştirak etdi və uduzanlardan oldu. O, qınanmağa layiq olduqda balıq onu uddu. (Saffat Surəsi, 139-142)

     

    Hz. Yunus (ə.s.) peyğəmbər olaraq göndərildiyi qövmü tərk etmişdi. Yuxarıdakı ayələrdən də məlum olduğu kimi, mindiyi gəmidə sərnişinlər arasında püşk atılmış və nəticədə onun dənizə atılmasına qərar verilmişdi. Quranda bildirildiyinə görə, dənizə atılan Hz. Yunus (ə.s.)-ı nəhəng bir balıq udmuşdu. Balığın qarnında ikən peşman olan Hz. Yunus (ə.s.), Uca Rəbbimiz Allaha belə dua etmişdir:

     

    Səndən başqa İlah yoxdur, Sən pak və müqəddəssən, həqiqətən mən zalımlardan oldum. (Ənbiya Surəsi, 87)

     

    Allah isə Hz. Yunus (ə.s) –ın səmimi duasını qəbul etmiş və onu möcüzəvi tərzdə xilas etmişdir:

     

    Biz onun duasını qəbul etdik və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk. (Ənbiya Surəsi, 88)

     

    Bundan sonra Allah, Hz. Yunus (ə.s.)-ı itaətli bir qövmə təyin etmişdir:

     

    "Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.." (Saffat Surəsi, 147-148)

     

    Yuxarıdakı bölmələrdə, Allahın bir duanı qəbul edərkən bunu müəyyən səbəblərə bağladığını, ancaq istədiyi zaman səbəbsiz yerə də istənilən şeyi həyata keçirə biləcəyini və bunun, göylərin və yerin Rəbbi olan Allah üçün olduqca asan olduğunu yazmışdıq. Allah Hz. Yunus (ə.s) –ın duasını qəbul edərkən də hər cür çətin görünən şərti ortadan qaldırmış və Hz. Yunus (ə.s.)- ı balığın qarnından qurtarmışdır. Bu, insanın heç bir zaman Allahın rəhmətindən ümidini kəsməməsi və həmişə Ona dua etməli olduğunun əsas dəlillərindən biridir. İnsan Rəbbimizə səmimi, ürəkdən üz tutarsa, əvəzini də qəti olaraq görəcəkdir.

    Geri
  • Hz. İsa (ə.s) –ın duaları

    Quranda, Hz. İsa (ə.s) -dan bəhs edilərək belə buyrulur:

     

    Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır...." (Al-İmran Surəsi, 45)

     

    Quranda həvarilərin Hz. İsa (ə.s) -dan Allaha dua edib göydən bir süfrə endirilməsini istədikləri xəbər verilir. "Süfrə" mənasını verən “Maidə” Surəsində xəbər verilən bu hadisədən belə bəhs edilir:

     

    Onu da xatırla ki, o zaman həvarilər demişdilər: “Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən (yeməklə dolu) bir süfrə göndərə bilərmi? O (İsa):” Əgər möminsinizsə, Allahdan qorxun!” – demişdi. (Həvarilər) demişdilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin göydən enməsi möcüzəsini görməklə sənin peyğəmbərliyinin həqiqiliyinə) şahidlik edənlərdən olaq”.. (Maidə Surəsi, 112-113)

     

    Həvarilərin bu istəklərinin arxasında fövqəladə bir hadisəni görmək dayanırdı. Hz. İsa (ə.s), bu möcüzə istəyinin yersiz olduğunu bildirməsinə baxmayaraq, həvarilər göydən süfrə enərsə ürəklərinin daha çox təskinlik tapacağını təkid edirdilər. Hz. İsa (ə.s) isə, həvarilərin bu istəklərindən sonra Allaha dua edərək, Qurandakı bir çox dua nümunəsində olduğu kimi Allahı sifətləriylə yad etdi. Quranda, Hz. İsa (ə.s) –ın bu duasından belə bəhs edilir:

     

    Məryəm oğlu İsa dedi: “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!” (Maidə Surəsi, 114)

     

    Allah Hz. İsa (ə.s) –nın duasını qəbul etdi və belə buyurdu:

     

    Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan (bəşər övladından, zəmanə əhlindən) heç kəsə verməyəcəyim bir əzab verərəm!” (Maidə Surəsi, 115)

     

    Hz. İsa (ə.s) –ın Maidə surəsindəki ikinci duası isə, həvarilərin qorunması və bağışlanması ilə bağlı idi:

     

    (Ya Rəsulum!) Xatırla ki, o zaman (qiyamət günü) Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən! Mən onlara yalnız Sənin mənə verdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!"(Maidə Surəsi, 116-118)

     

    Geri
  • Quranda Hz. Məhəmməd (s.ə.v) -in duaları

    Quranda "Şübhəsiz sən, çox böyük bir əxlaq üzərindəsən" (Qələm Surəsi, 4) ayəsiylə tanıdılan son peyğəmbər Hz. Məhəmməd (s.ə.v), gecənin bir hissəsini dua, zikr və ibadətlə keçirirdi. Bir ayədə bundan belə bəhs edilir:

     

    (Ya Peyğəmbər!) Həqiqətən, Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını, bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir. Gecəni də, gündüzü də ölçüb-biçən ancaq Allahdır. O sizin bunu (gecə vaxtlarını və saatlarını) ölçüb saya bilməyəcəyinizi bildiyi üçün sizi əfv etdi.... (Müzəmmil surəsi, 20)

     

    Quranda Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) -in möminlərə qarşı nə qədər vəfalı və şəfqətli olduğu bildirilir və onların bağışlanmasını istədiyi xəbər verilir:

     

    Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş ürəkli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahlarından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir. (Al-i İmran Surəsi, 159)

     

    Quranda bir çox ayədə müqəddəs Peyğəmbərimiz (s.ə.v) -in dualarından bəhs edilir. Dualarda Allahı sifətləri ilə yad etmələri ən gözəl nümunələrdəndir. Bunu Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) -in dualarında da görə bilərik. Bunlardan biri belədir:

     

    De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan, istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən." (Al-i İmran Surəsi, 26)

     

    Bütün peyğəmbərlər kimi Hz. Məhəmməd (s.ə.v.) də göndərildiyi qövmün zadəganlarının təhdidlərinə məruz qalmış, bəzən şeytanın mənfi təlqinləri ilə üzləşmişdir. Belə vəziyyətlərdə Peyğəmbərimiz (s.ə.v) düşdüyü çətinliklərdən xilas olmaq üçün Allaha belə yalvarmışdır:

     

    De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”." (Muminun surəsi, 97-98)

     

    Muminun surəsinin son ayəsində isə Peyğəmbərimiz (s.ə.v) -in bir duası da belə bildirilir:

     

    De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” ." (Muminun surəsi, 118)

     

    Geri
  • Hz. Musa (ə.s) –ın duaları

    İsrail oğullarına elçi göndərilən Hz. Musa (ə.s), Fironun zülmündən xilas olmaq üçün, hələ körpə ikən anasına gələn vəhy nəticəsində bir çaya buraxılmışdı. Firon və ailəsi çayda tapdıqları Hz. Musa (ə.s) -ı oğulluğa götürmüşdülər. (Qəsəs Surəsi, 7-8) Fironun sarayında həddi buluğa çatanda, Hz. Musa (ə.s)-a digər peyğəmbərlər kimi Allahdan "elm və hikmət" verildi. (Qəsəs Surəsi, 14)

    Quranda Hz. Musa (ə.s) –ın Allaha üz tutaraq dua etməsinə səbəb olan bir hadisədən belə bəhs edilir:

     

    O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, (haqq )(yoldan) azdıran açıq-aydın bir düşməndir!”– dedi!". (Qəsəs Surəsi, 15)

     

    Ayədə bəhs edilən hadisə nəticəsində Hz. Musa (ə.s) Allahdan bağışlanma dilədi və bir daha günahkarlara və cinayətkarlara dəstək olmayacağına dair Allaha söz verdi:

     

    (Musa) dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” Allah da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir. (Musa) dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa (dəstək) olmayacağam!” (Qəsəs Surəsi, 16-17)

     

    Hadisənin yayılmaması üçün şəhərin əyan-əşrəfi (böyükləri, vəzifəliləri) Hz. Musa (ə.s) -ı tutaraq öldürməyi planlaşdırdılar. Bundan xəbər tutan Hz. Musa (ə.s) yenə Allaha dua etdi:

     

    Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!”– dedi. " (Qəsəs Surəsi, 21)

     

    Allah Hz. Musa (ə.s) –ın duasını qəbul etdi və Allahın göstərişi ilə Fironun şəhərindən ayrılaraq daha etibarlı və təhlükəsiz bir yerə getmək üçün yola çıxdı. Bu əsnada davamlı olaraq Allaha üz tutmuş və həmişə Allaha dua edirdi:

     

    O, Mədyən tərəfə yollanıb: “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!”– dedi. O, Mədyən kənarındakı bir quyuya (sulağına) gəlib çatanda quyunun yanında (heyvanlarına) su verən adamlar gördü. Onların yaxınlığında da (qoyunlarını o biri heyvanlardan) geri çəkən iki qız görüb: “Sizə nə olub?”– dedi. Onlar dedilər: “Çobanlar (heyvanlarını) sürüb aparmamış biz (qoyunlarımıza) su verə bilmirik. Atamız da çox qocadır”. (Musa) onların yerinə (qoyunlara) su verdi, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Hər verdiyin xeyrə möhtacam! (Bir qədər sonra) qızlardan biri utana-utana onun yanına gəlib dedi: “Atam bizim yerimizə (qoyunları) sulamağının haqqını ödəməkdən ötrü səni çağırır”. (Musa) onun yanına gəlib (başına gələn) əhvalatı ona danışdıqda o dedi: “Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!” (Qəsəs Surəsi, 22-25)

     

    Bu hadisələrin ardından Hz. Musa (ə.s) Mədyəndə məskunlaşdı. Təxminən 8-10 il sonra ailəsiylə birlikdə Mədyəndən ayrıldı. Yolda Tuva Vadisi deyilən yerə gəlib çatdıqda ilk vəhyi orada aldı. Allah ona Fironun yanına getməsini və ona dini təbliğ etməsini əmr etdi. Hz. Musa (ə.s) –ın bu hadisə ilə bağlı Allaha belə dua etdiyi Qəsəs surəsində bildirilir:

     

    (Musa) dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər. Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, (dediklərimi) təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram”. (Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”. (Qəsəs Surəsi, 33-34)

     

    Quranda bildirildiyinə görə Hz. Musa (ə.s) duyduğu həyəcanın ona bu təbliğ vəzifəsini yerinə yetirməsinə mane olacağından qorxurdu. Bunun üçün də Allaha dua etdi:

     

    (Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar! Mənə öz ailəmdən bir köməkçi ver – Qardaşım Harunu! Onun sayəsində mənim gücümü artır! Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Sənə çoxlu təriflər deyək və Səni çox zikr edək. Şübhəsiz ki, Sən bizi görürsən!” " (Taha Surəsi, 25-35)

     

    Hz. Musa (ə.s) –ın bu səmimi duasının cavabında Allah onu və qardaşını xüsusi bir qoruma altına aldığını belə bildirmişdir:

     

    (Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz”. (Qəsəs Surəsi, 35)

     

    Hz. Musa (ə.s) –ın Firona göstərdiyi möcüzələr, Fironun yanındakı bəzi adamların iman etməsinə vəsilə olduğu halda, Firon və tayfasının əksəriyyəti Allaha qarşı təkəbbürlənməyə təkid etdilər. Bundan sonra Hz. Musa (ə.s) –ın Allaha belə dua etdiyi Quranda belə xəbər verilir:

     

    Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar (insanları) Sənin yolundan azdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, üzücü əzabı görməyincə iman gətirməsinlər”. (Allah) dedi: “Hər ikinizin duası qəbul olundu. (Dəvətinizdə) möhkəm olun və nadanların yoluna uymayın!” (Yunus Surəsi, 88-89)

     

    Hz. Musa (ə.s) –ın bu duasından sonra Firon və bütün inkarçı ətrafı həlak edilmiş və İsrail oğulları Misirdən ayrılmışdılar. Misirdən çıxmalarından bir müddət sonra, Hz. Musa (ə.s) qardaşı Hz. Harunu yerinə təyin edərək, qırx günlük Tur dağına çıxdı. Burada ona vəhyin gəlməsini gözləyirdi. (Əraf surəsi, 142) Vəhy gələn kimi də Allaha belə dua etdi:

     

    "... “Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!” – dedi.... (Əraf surəsi, 143)

     

    Allah, Hz. Musa (ə.s) –ın bu istəyinə belə cavab verdi:

     

    ... Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” (Allah) dedi: “Ey Musa! Mən vəhy etdiyim hökmlərimlə və (səninlə )danışmağımla səni seçib insanlardan üstün etdim. Elə isə sənə verdiyimi götür və şükür edənlərdən ol!”. (Əraf Surəsi, 143-144)

     

    Hz. Musa (ə.s) Tur dağına gedərkən xalqının rəhbərliyini qardaşı Hz. Haruna həvalə etmişdi. Ancaq qövmü Hz. Musa (ə.s) –ın onlardan müvvəqəti ayrılmasından sonra nankorluq göstərərək Misirdəki bütpərəst inanclarına geri döndülər. Özlərinə bir buzov heykəli düzəldib ona səcdə etdilər. Hz. Musa (ə.s) qövmünün buzova sitayiş etdiklərini görən kimi aralarından möminləri ayıraraq Allahın vəhy etdiyi görüş yerinə doğru yola çıxdılar. Ancaq görüşmə yerinə gəlməmişdən əvvəl bunları da ayənin ifadəsiylə "dözülməz bir sarsıntı" tutan kimi, Allahdan onu və yanındakı möminləri bağışlamasını dilədi:

     

    ... “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayədarımızsan! Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən yaxşısısan. Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” (Allah) dedi: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu (Allahdan) qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.!." (Əraf surəsi, 155-156)

     

    Quranda Hz. Musa (ə.s) haqqında bəhs edilənlərə nəzər saldıqda, Hz. Musa (ə.s) –ın dualarında ən çox cəlb edən məqamlardan biri, onun səmimiyyəti və gözüaçıq olmasıdır. Allaha səmimiyyətlə dua etmiş və Ondan kömək istəmişdi. Allah, Hz. Musa (ə.s)-ı zamanla və hadisələrlə öyrədərək böyük güc sahibi bir peyğəmbər halına gətirmişdir.

    Əvvəldə də vurğuladığımız kimi, duanın ən əhəmiyyətli şərtlərindən biri onun səmimiyyətlə və ürəkdən edilməsidir. İnsanı bu məqamda çaşdıracaq məsələlərdən biri, Allaha qarşı utanaraq Ona bəzi günah ya da qüsurları etiraf etməmək meylidir. Bəzi insanlar bu meylin təsiriylə Allaha dua edərkən çox "rəsmi" bir ruh halı içində olarlar və bəlkə utandıqlarına görə, bəlkə də qürurlandıqlarına görə Allaha hər şeylərini açmazlar. Halbuki, Allah bizim hər cür xətalarımızı, etdiyimiz, hətta ağlımızdan keçirtdiyimiz hər cür səhv və anormal fikri, davranışları bilir. Ona görə gözüaçıq və səmimiyyətlə Allaha yönəlib hər sirrimizi Ona açmalıyıq. Allaha qarşı ümid və qorxu, Allah ilə bəndəsi arasında “rəsmiyyət” qoyacaq bir maneə deyil, əksinə bəndələri Allaha daha çox yaxınlaşdıracaq bir həvəsləndirmədir.

     

    Geri
  • QURANDA MÜSƏLMANLARIN DUALARI

    Allah Quranda müsəlmanların nələrə dua etmələrini bir çox ayələrdə bildirmişdir. Dua, taleyimizdə yazılar və bizi düzgün istiqamətləndirər. Taleyimizi təqdir edən də, bizə duanı etdirən də Allahdır. Dua, müsəlmanın ən əhəmiyyətli ibadətlərindən biridir. Dua edən mömin Allaha qarşı acizliyini bilib, davamlı təslimiyyətli bir ruh halında olar. Dualarının əvəzində Allahın Qatında qiymətli, təqva sahibi bir qul ola biləcəyinə ümid edər. Allah bir ayəsində belə buyurur:

     

    ."De ki: Duanız olmasaydı Rəbbim sizə dəyər verməzdi ..." (Furqan Surəsi, 77)

    Quranda xəbər verilən və iman edənlərin həyatlarında bir dəfə də olsa oxumaları lazım olan dualardan bəzilərinə nəzər salaq.

     

    ."... “Ey Rəbbimiz! Bizə (verəcəyini) elə bu dünyada ver!”– deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan: “Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!”– deyənləri də vardır. Belələri üçün qazandıqları (əməllərə) görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.... " (Bəqərə surəsi 200-202)

    . Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlardedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağış-lanma diləyirik, dönüş də yalnız Sənədir!” (Bəqərə surəsi 285)

    .... "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi 286)

    .“Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən. “(Al-i İmran Surəsi 8)

    ."Ey Rəbbimiz! Həqiqətən, (gerçəkləşəcəyinə) şübhə edilməyən bir gündə insanları (bir yerə) Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!” (Al-i İmran Suresi 9)

    .O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!”– deyirlər.” (Al-i İmran Surəsi, 16)

    .Onların dedikləri ancaq: “Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”– olmuşdur.. (Al-İmran Surəsi, 147)

    .O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Al-i İmran Surəsi 191)

    ."Ey Rəbbimiz! Sən Oda saldığın kəsi rüsvay edərsən. Zalımların köməkçiləri olmaz. “(Al-i İmran Surəsi 192)

    ."Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”– deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı itaətkarlarla bir yerdə al! " (Al-i İmran Surəsi 193)

    ."Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və Qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən!." (Al-i İmran Surəsi 194)

    .(Allahın) elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz! " (Maidə Surəsi 83)

    .Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: “Ey Rəbbimiz, bizi zalımlara tay tutma!” (Əraf surəsi, 47)

    .Onlar dedilər: “Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım camaatın əlində sınağa çəkmə!." (Yunus Surəsi, 85)

    ."Və bizi Öz mərhəmətinlə kafir camaatın əlindən qurtar”. (Yunus Surəsi, 86)

    Və: “Rəbbimiz pak və müqəddəsdir! Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir!”– deyirlər." (İsra Surəsi, 108)

    .“Bir zaman gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər.”(Kəhf Surəsi, 10)

    .Ancaq: “Əgər Allah istəsə!” (“inşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de." (Kəhf Surəsi, 24)

    ."Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Sonda bu (məsxərə) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz." (Mu'minun Surəsi, 109-110)

    .De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” ." (Muminun surəsi, 118)

     

    Geri
  • NƏTİCƏ

    Quranda izah edilən dua anlayışı insanın həyatı boyu riayət etməsi lazım olan çox əhəmiyyətli bir mövzudur. Bir hədisdə duanın əhəmiyyəti belə bildirilmişdir:

    Dua, möminin silahıdır və dinin dirəyidir. Göylərin və yerin nurudur. (Hz. Əli r.a.) (Ramuz əl-Hədis, s. 207)

    Bu açıq həqiqətə baxmayaraq insanların böyük bir qismi Qurandan xəbərsiz olduqlarına görə və ya Quranı kifayət qədər bilmədiklərinə görə, bəlkə də həyatlarında bir dəfə də belə olsun Quranda bildirildiyi kimi Allaha üz tutub səmimi dua etməzlər.

    Hazırda oxuduğumuz bu kitabda isə, əslində Qurana görə "ən böyük" olan (Ənkəbut Surəsi, 45) Allahı zikr etməyin əhəmiyyəti vurğulanmışdır. Burada bəhs edilənləri nəzərə alsaq, Allaha məhz Onun dilədiyi kimi dua etmək hamımızın vəzifəsidir. Bu həm böyük bir vəzifə həm də bizim əbədi həyatımızı qurtaracaq böyük bir vəsilədir. Çünki Quranda, Allaha dua etməyənlərin sonunun cəhənnəm əzabı olduğu xəbər verilir:

     

    Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Mömin Surəsi, 60)

     

    Geri

Quranda dua necə izah edilir?

ətraflı

Duanın yeri və zamanı

ətraflı

Duanın qəbul ediləcəyindən əmin olaraq dua etmək

ətraflı

Şifahı dua və feli dua

ətraflı

Allahdan başqasına dua edilməz

ətraflı

Cahiliyyənin dua anlayışı

ətraflı

Quranda peyğəmbərlərin duaları

ətraflı

Quranda müsəlmanların duaları

ətraflı

Nəticə

more